UEFA Avropa Liqası: "Qarabağ" komandası Varşavaya yollanıb

img

29-09-2020 [17:24]


Polşada "Legiya" ilə UEFA Avropa Liqasının pley-off matçında üz-üzə gələcək "Qarabağ" komandası Varşavaya yollanıb. 

Mia.az xəbər verir ki, çarter reysi ilə səfərə çıxan heyətdə futbolçulardan yalnız Donald Gerye yer almayıb.

Haitili oyunçu pasport problemi ilə üzləşdiyi üçün Azərbaycan komandasına kömək edə bilməyəcək. 

Zədələrini sağaldan Mahir Emreli, Xayme Romero və Abdullah Zubir isə kollektivlə birgə Varşavaya uçub. 

Qeyd edək ki, oktyabrın 1-də Varşava şəhərindəki “Wojska Polskiego” stadionunda keçiriləcək “Legiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA