Akif Muradverdiyevin məhkəməsinə hazırlıq iclası keçiriləcək

img

08-11-2013 [22:20]


Noyabrın 15-də Xəzər rayon məhkəməsində prezidentin keçmiş işlər müdiri Akif Muradverdiyevin məhkəməsinə hazırlıq iclası keçiriləcək. Bu barədə Turana vəkil Rəşad Mirmehdizadə məlumat verib.

Akif Muradverdiyev iyunun 20-də Moskvaya gedərkən Bakı Hava limanında tutulub. O qaçaqmalçılıqda ittiham olunur. Muradverdiyev ittihamı rədd edir .

O 2005-ci ilin oktyabrında- parlament seçkiləri qabağı də həbs edilib və dövlət çevrilişinə hazırlıqda günahlandırılıb. Sonradan iqtisadi cinayətlərə görə 6 il azadlıqdan məhrum edilib.2008-ci ilin yanvarında isə bu şərti cəza ilə əvəzlənərək azadlığa çıxıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA