Avropa Liqası: "Qarabağ" komandası bu gün Polşaya gedəcək 

img

29-09-2020 [10:03]


"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sı ilə keçirəcəyi matçının səfər proqramında dəyişiklik edilməyib. 

Bu barədə "Report"a Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov məlumat verib. O bildirib ki, komanda bu gün saat 17:00-da çarter reysi ilə Polşaya yola düşəcək. 

Sabah komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. 

Qeyd edək ki, oktyabrın 1-də oynanılacaq "Legiya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA