AXCP-dən hakimiyyətə sərt təpki

img

08-11-2013 [17:57]


Azərbaycan Xalq Cəbhəsi Partiyası Pərviz Həşimliyə qarşı zorakılıq və işgəncələrlə bağlı Bəyanat verib. Bəyanatda deyilir: 
Azərbaycan Xalq Cəbhəsi Partiyası partiyanın ali məclis üzvü, hüquq müdafiəçisi, jurnalist Pərviz Həşimlidən hakimiyyətin "terroçu” düzəltmək cəhdlərini kəskin pisləyir.
Pərviz Həşimliyə qarşı irəli sürülən ittihamlar, onun həbsqətimkan tədbirinin əsasız olaraq daha üç ay uzadılması, saxlnamya yerində və məhkəməyə apar- gətirmədə onunla kobud, zorakı davranış böyük və qərəzli planın tərkib hissəsidir.
İlk gündən vəkilin, ailə üzvlərinin açıqlamasından bəlli olmuşdu ki, P. Həşimlinin həbsi siyasi məqsədlidir; əsas niyyət onun jurnalist kimi hakimiyyəti narahat edən araşdırmaları dayandırmaq və AXCP sədri Əli Kərimli əleyhinə, əslində həm də onun öz iradəsinin əleyhinə ifadə almaqdır.
Hakimiyyətin qurduğu mərkli senariyə uyğunlaşmadığı üçün P. Həşimli və ailəsi saxlandığı gündən fiziki-mənəvi işgəncələrə üz-üzədir.
AXCP bəyan edir ki, ictimia-siyasi fəallara qarşı heç bir qanun və etikaya sığmayan barbar davranış Azərbaycan hakimiyyətinin islaholunmaz xarakterini bir daha nümayiş etdirir.
AXCP hakimiyyəti bir daha xəbərdar edir ki, öz vətəndaşları ilə bu cür-şər, böhtan ritorikası ilə davranış birinci növbədə dövlətin imicinə ləkədir, başqa yandan hakimiyyətdə təmsil olanlara qarşı ictimai qəzəbi alovlandıran və sonu heç kimə yaxşı heç nə vəd etməyən ağır fəsadlara səbəb ola bilər.
AXCP bəyan edir ki, hər kəsin şərəf və ləyaqəti toxunulmazdır, Azərbaycan hakimiyyəti bu qızıl qaydanı qorumağa borcludur.
Pərviz Həşimlinin vicdan məhbus olduğunu vurğulayan AXCP beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarını gənc fəalın avtoritar rejimin daha ağır repressiyalarından qorunması üçün səylərini artırmağa səsləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA