Avropa İttifaqı rəsmisi Bakıda: "Ermənistan və Azərbaycanın İlkin şərtlər olmadan danışıqlar prosesinə qayıtması vacibdir"

img

25-09-2020 [11:56]


Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycanda səfərdədir.

O, bu barədə “Twitter” hesabında yazıb.

“Görüşlər keçirmək üçün iki günlüyə Bakıya gəlmişəm. Avropa İttifaqı Cənubi Qafqazda sülh və sabitliyin olmasında son dərəcə maraqlıdır. Gərginliyi azaltmaq və ATƏT-in Minsk qrupunun həmsədrlərinin rəhbərliyi altında mahiyyət etibarilə ilkin şərtlər olmadan danışıqlar prosesinə qayıtmaq vacibdir”, - xüsusi nümayəndə vurğulayıb/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR