Vahid Əhmədov: "Rusların mövqeyindən asılı olmayaraq, torpaqlarımızı azad etməliyik" - Müsahibə
22-09-2020 [23:29]
Sentyabrın 20-dən başlayaraq, Ermənistan silahlıları Qarabağ cəbhəsində və Azərbaycanın dövlət sərhəddinin Tovuz-Qazax rayonu istiqamətində hərbi cinayətlərini yenidən intesivləşdirib.
Mia.az xəbər verir ki, Milli Məclisin deputatı Vahid Əhmədov Reyting.az-a müsahibəsində deyib ki, faktiki olaraq Azərbaycanı müharibəyə təhrik edirlər:
- Ermənilər təxribat törətməkdə mahirdirlər. Tovuz hadisələri zamanı gördük ki, onlar yeni təxribat həyata keçirmək niyyətindədirlər və Azərbaycanı da fakt qarşısında qoymaq istəyirlər. Faktiki olaraq Azərbaycanı müharibəyə təhrik edirlər. Bu, açıq görünür.
Amma gördüyüm həm də budur ki, Azərbaycanın dövlət başçısı tərəfindən aparılan ümumi siyasətin məqsədi ölkənin ərazi bütövlüyünün təminatına yönəlib. Yəni Azərbaycan dövlətinin ərazi bütövlüyü təmin edilməlidir. Bunun müharibə və ya sülh danışıqlarından keçəcəyini zaman göstərəcək. Amma onu deyə bilərəm ki, sülh danışıqları heç bir effekt vermir. Odur ki, Azərbaycanda müəyyən hazırlıqlar, səfərbərliklər başlayıb, hərbi təlimlər keçirilir. Bu onu göstərir ki, Azərbaycan iradəsini ortaya qoyub və işğal altındakı ərazilərimiz güc yolu ilə azad ediləcək. Bunun nə zaman baş verəcəyi yaxın tarixdə bilinəcək.
- Necə düşünürsünüz, erməni tərəfinin əsas məqsədi nə ola bilər?
- Birincisi, onların məqsədi fikir yönəltməkdir. Digər tərəfdən, ermənilərin öz sahibi var. Sahibin də göstərişlərini yerinə yetirmək lazımdır və bunu da edirlər. Sahibləri Azərbaycan və Türkiyənin qardaş dövlətlər olmasından, birgə təlimlər keçirməsindən, ümumən Qafqazın əldən çıxa biləcəyindən narahat olub. Əlbəttə, bunlar ciddi məsələlərdir. Türk ordusu, eyni zamanda, NATO ordusudur. Sözsüz ki, bu da Rusiya üçün siqnaldır. Rusiyanın başı daha çox Belarusa qarışıb, orada problem böyükdür və həllini tapan deyil. Çünki kifayət sayda dünya dövlətləri bu məsələyə öz mövqelərini bildiriblər.
Onu da qeyd edim ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə işğaldan azad edə bilər. Ona görə də, çalışırlar ki, aranı qarışdırsınlar, təxribatlar törətsinlər.
- Ermənilərin imkan və resursları yetərlidir ki, Tovuz və Qazax istiqamətində ərazilər ələ keçirməklə strateji layihələrimizin qarşısını kəssinlər?
- Onların heç vaxt belə imkanı olmayıb. Əslində, Dağlıq Qarabağ işğal edilən zaman da onların imkanı olmayıb və onlara bütün imkanı və şəraiti ruslar yaradıb. Bunu biz görmüşük, şahidi olmuşuq.
Ermənistanın bir dövlət kimi nə silahlı qüvvələri, nə də iqtisadiyyatı yüksək səviyyədədir. Onlar heç vaxt torpaq işğal edə bilməzlər.
Hazırda Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək istəyir. Cənab Prezident BMT-dəki çıxışının ikinci hissəsində bu məsələyə toxunub. Yəni Azərbaycanın 1 milyona yaxın qaçqın -köçkünü var, torpaqları işğal edilib, BMT Təhlükəsizlik Şurasının qərarları var, dünya Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından çıxmasını istəyir, tələb edir.
Bəli, mən hesab edirəm ki, artıq vaxt yetişib. Sizə açığını deyim ki, hətta bir qədər gecikirik. Torpaqları azad etmək lazımdır. Əslində, belə bir şans var. Çünki ordumuz kifayət qədər təcrübəyə, müasir silahlara malikdir. Üstəlik, bu məsələyə dair dövlət başçısının dəyişməz iradəsi var. Ona görə də, rusların hansı mövqedə olmasından asılı olmayaraq, torpaqlarımızı azad etməliyik. Düzdür, Azərbaycanda rusmeylli qüvvələr var, onlar həm hakimiyyət daxilində, həm də kənardadır. Amma bunların xeyri yoxdur, Azərbaycan öz torpaqlarını azad edəcək.
- Vahid müəllim, necə düşünürsünüz, beynəlxalq vəziyyət indi müharibənin başlaması üçün münbitdirmi?
- Hesab edirəm ki, indi beynəlxalq vəziyyət həm iqtisadi, həm də siyasi baxımdan çox ağır durumdadır. Belə götürəndə o qədər də əlverişli saymaq olmaz. Çünki iqtisadi baxımdan dünyanın özündə də vəziyyət ürəkaçan deyil. Amma mən hesab edirəm ki, bizim torpaqlarımızın işğaldan azad edilməsinin vaxtı yetişib. Vaxt bizim üçün önəmlidir və belə şərait hər zaman olmur.
Digər tərəfdən, Türkiyə dövləti, onun rəhbərləri, siyasi qurumları, o cümlədən siyasi partiyaları Azərbaycanı müdafiə edirlər. Açıq elan edirlər ki, Azərbaycanla bir yerdəyik. Son təlimlər, ordunun müəyyən hissəsinin Azərbaycanda qalması bunu bir daha sübut edir. Bu tarixi şansı əldən vermək olmaz, əksinə, bundan istifadə etmək lazımdır.
- Son xəbərlər belədir ki, Suriyada olan PKK terrorçularının izlərinə Azərbaycanın işğal edilən ərazilərində rast gəlinib…
- Ümumiyyətlə, Qarabağın işğal edilən ərazilərində olanlar terrorçulardır. Yəni orada olanları ordu yox, terrorçu adlandırmaq lazımdır. Bu şəxslərin terrorçu olması heç kimdə şübhə yaratmamalıdır. Həm də Azərbaycan müharibə aparmır, öz ərazilərini terrorçulardan təmizləyir. Bura bizim ərazimizdir və buna görə də bizə heç kəs söz deyə bilməz. Sözsüz ki, bu ərazilərə Suriyadan, Livandan müəyyən terrorçuların, PPK-çıların gəlməsi adi haldır. İşğal edilən ərazilərdə onsuz da terrorçular var. İndi də digərlərini gətirirlər. Yəni orada yerli olan mülki əhalidən daha çox terrorçu dəstələri fəaliyyət göstərir.
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)
Xocalı rayonunun iki kəndinə növbəti köç olub
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Nazir generalın qardaşını təqaüdə göndərdi
TƏBİB-in keçmiş sədri QHT rəhbəri oldu
Deputat Səməd Seyidovun kürəkəni vəzifəyə təyin edilib
Keçmiş vəkil həbs edilib - Səbəb
Prezident İlham Əliyev general-qubernatora məktub ünvanlayıb - MƏTN
Şəhid şair Bəhmən Abuzəroğlunun xatirəsi yad edildi - FOTOLAR
Bakıda narkokuryer 10 kq narkotiklə tutulub
QIZIL REKORD HƏDDƏ BAHALAŞDI - QİYMƏTLƏR
Bakıda məşhur hoteldə ofisiant iş yoldaşını öldürüb
ƏMƏK PENSİYALARI BU QƏDƏR ARTIRILACAQ - Deputat məbləği açıqladı
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
İranda etirazlar davam edir - Ölənlərin sayı 5848-ə çatıb
Göygöl rayonunda 26 yaşlı gənc 37 yaşlı kişini öldürüb
İsrail Livana yenə zərbələr endirib
Bakıda yaşlı qadın öldürülüb
"Bizimlə donuzdan da pis rəftar edirdilər" - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
Çində dünyanı silkələyən skandal: məşhur general nüvə sirlərini ABŞ-a satıb - Cinayət işi açılıb
Türkiyədə zəlzələ olub - 4.4 bal gücündə
Bu gün magistraturaya sənəd qəbulu başa çatır
Komitə məscidlərə 4 qadın dini ayin icraçısı axtarır
İsrail fələstinli məhbusları azad edib
Yeni binalarda internet problemi - MTK ilə provayderlərin gizli sövdələşirlər və...
Filippində 359 nəfəri daşıyan bərə batıb - 208 nəfər itkin düşüb
ABŞ-da şəxsi təyyarə qəzaya uğrayıb - 8 nəfər ölüb
Türkiyədə Polis İdarəsinə bomba atılıb - Açıqlama
Premyer Liqa: Lider "Arsenal" "Mançester Yunayted"ə təslim oldu
İtaliya A seiyası: türk futbolçu qol atdı, "Yuventus" qazandı
ABŞ-da soyuq hava on minlərlə evi işıqsız qoyub - Milyonlarla insan marketləri boşaldıb
İsrail Qəzzanı bombalayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR