Bakıda 25 yaşlı qadının əlini qırdılar - DAVA

img

08-11-2013 [11:24]



Ötən gün Bakının Binəqədi rayonu ərazisində Bakı Beynəlxalq Avtovağzalda qadınların iştirakı ilə dava düşüb. Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsindən verilən məlumata görə, davada bir neçə qadın və kişi saxlanılıb. Onların izahatları alınıb və buraxılıblar.

Davanın uşağın yerə zibil atması üstündə yarandığı bildirilir. Belə ki, azyaşlı uşaq əlindəki zibili yerə atıb. Kənarda dayanan qadın ona irad bildirib. Uşağın anası isə iradı qəbul etməyib. Nəticədə mübahisə yaranıb. Mübahisə böyüyüb və davaya keçib.

 Dava zamanı 25 yaşlı Ruhəngiz Səlimova adlı qadın döyülüb. Onun sağ əli sınıb. Qadın xəstəxanaya yerləşdirilib(anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA