Qohumları Həbib Nurməhəmmədovun döyüşünə buraxılmadı

img

24-09-2020 [13:34]


Qohumları Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun ABŞ təmsilçisi Castin Geyci ilə döyüşündə iştirak edə bilməyəcəklər.

Bu barədə 32 yaşlı idmançının meneceri Rizvan Maqomedov TASS-a açıqlamasında deyib.

O bildirib ki, turnir azarkeşsiz keçiriləcəyindən, görüşlərə əlavə şəxslər buraxılmayacaq. Menecer hazırda təhlükəsizliyin prioritet olduğunu söyləyib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov və Castin Geyci arasındakı görüş oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Döyüş adası"nda UFC 254 turniri zamanı gerçəkləşəcək/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR