Mehmanxanalarda monitorinq keçirilib
22-09-2020 [18:14]
Əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə, pandemiya şəraitində mehmanxanaların ictimai iaşə məkanlarında xidmətlərin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.
AQTA-dan Mia.az-a bildirilib ki, infeksiyanın yayılma riskini azaltmaq üçün qonaqlar arasında növbənin tənzimlənməsi əsas şərtlərdən biridir. Belə ki, mehmanxanaların daxilindəki ictimai iaşə məkanlarında növbə sistemi qurulmalı, baryerlər qoyulmalı və ya işçi heyət tərəfindən qonaqların yönləndirilməsi təmin edilməlidir. Həmçinin azı 2 metrlik fiziki (sosial) məsafənin təmin edilməsi məqsədilə, iaşə məkanında növbə yarana biləcək bütün ərazilərin döşəmələri xüsusi işarələrlə nişanlanmalıdır.
İstər qonaqlar, istərsə də işçi heyət tərəfindən əl və tənəffüs gigiyenasına riayət edilməsi COVID-19-a yoluxmanın qarşısını alan vacib şərtlərdəndir. İctimai iaşə zonalarına yalnız qoruyucu maskadan istifadə edən qonaqlar daxil ola bilərlər. Maskası olmayan şəxslərə isə girişdə maskalar təqdim edilməlidir. Yeyib-içmə zamanından başqa, bütün digər vaxtlarda və masanı tərk etdikdə qonaqların maskadan istifadə etmələrinə nəzarət olunmalıdır.
Hava-damcı yolu ilə ötürülən xəstəliklərin, xüsusilə də COVID-19-un yayılmasının qarşısının alınması üçün, ümumi istifadədə olan çay və qəhvə maşınları, su dispenserləri və digər avadanlıqlardan içkilərin yalnız mehmanxana işçisi tərəfindən qonaqlara təqdim olunması tövsiyə edilir. Qaydalara əsasən, açıq bufet xidməti, habelə mehmanxananın ictimai iaşə məkanlarından kənarda özünəxidmət yolu ilə yeyib-içmək xidməti fəaliyyət göstərməməlidir.
Tələblərə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədi ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti qurumlarla birgə paytaxt Bakı ilə yanaşı, respublikanın bütün bölgələrində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Monitorinqlər zamanı sahibkarlıq subyektlərində metodiki göstərişlərin tələblərinə əməl edilməsi vəziyyəti öyrənilir, sahibkarlara Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələbləri izah edilir.
Aparılan monitorinqlər zamanı mehmanxanalarda Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.
Agentlik sözügedən sahədə fəaliyyət göstərən sahibkarlara bir daha müraciət edərək bildirir ki, istehlakçıların və mehmanxana əməkdaşlarının sağlamlığının qorunması istiqamətində mehmanxanaların ictimai iaşə məkanlarında xidmətlərin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir. Əks təqdirdə, qanunvericiliyin tələblərini pozmuş şəxslər inzibati məsuliyyətə cəlb olunaraq, barələrində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək, müvafiq qərarlar qəbul ediləcək.
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb