Mirmahmud Mirəlioğluna yenə ağır itki – Faciə

img

07-11-2013 [13:17]


Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğluya ağır itki üz verib. AzNews.az-ın məlumatına görə, M. Mirəlioğlunun yaxın qohumları - əmisi oğlanları Hacı Mirsütun Əzizov və Hacı Ramazan Babayev avtomobil qəzası zamanı həlak olublar. 

Hadisə Lənkəran rayonu Boradigah qəsəbəsinin ərazisində baş verib. M.Əzizovun idarə etdiyi "VAZ-21145” markalı və Lənkəran şəhər sakini Elnur Abdullayevin idarə etdiyi "Mercedes” markalı avtomaşınlar toqquşub. Nəticədə M.Əzizov və sərnişin – R.Babayev qəza zamanı keçiniblər.

Qeyd edək ki, M. Mirəlioğlunun ötən il qızı dünyasını dəyişib. Ondan əvvəl isə gənc və yeniyetmə yaşında iki oğlu da dünyasını dəyişib. Onun oğlunun biri 1991-ci ildə yol qəzasında, digəri isə 2009-cu ildə ürək tutmasından vəfat edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA