Bu il Azərbaycan 211 milyon dollarlıq neft məhsulları ixrac edib

img

14-09-2020 [16:34]


Bu ilin yanvar-avqust aylarında Azərbaycan, gömrük bəyannamələrinə əsasən, 763,3 min ton neft məhsulları ixrac edib. 

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 211,3 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə neft məhsullarının ixrac həcmi ötən ilin eyni dövründəkindən 11,3% çox, dəyəri isə 37% az olub.

8 ay ərzində neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,1% təşkil edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:58 20.10.2020

DİN generalı vəfat etdi