Nurməhəmmədovla amerikalı Castin Qetji arasında döyüş azarkeşsiz keçiriləcək

img

13-09-2020 [17:57]


Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Castin Qetji arasında döyüş azarkeşsiz keçiriləcək.

Bu barədə Nurməhəmmədov Moskvada döyüş sənətləri forumunda onlayn-konfrans zamanı bildirib.

"Yarış qapalı olacaq, azarkeşlər olmayacaq. Ona görə əzizlərlərim məni səhnə arxasında gözləyəcəklər - mehmanxanada", - Nurməhəmmədov deyib.

Təkbətək döyüş UFC 254 turniri çərçivəsində 24 oktyabrda "Döyüş adası"nda (Əbu-Dabi, BƏƏ) keçiriləcək. 31 yaşlı Nurməhəmmədov hazırda Dubaydadır, o, döyüşə hazırlığını davam etdirir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA