Çempionlar Liqası: "Qarabağ" komandası Kiprə getdi

img

15-09-2020 [11:39]


"Qarabağ" komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə matç üçün Kiprə yola düşüb. 

Mia.az xəbər verir ki, Ağdam təmsilçisi çarter reysi ilə oyunun keçiriləcəyi Larnaka şəhərinə yollanıb. 

Qeyd edək ki, sentyabrın 16-da "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları 22-23 və 29-30 sentyabrda olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA