SOCAR-dan yerli qazın Əfqanıstan gömrüyündə saxlanılmasına - Reaksiya
07-09-2020 [13:39]
Azərbaycanın neft məhsulları Əfqanıstana təkrar satıcılar və bəzən də qaçaqmalçılar vasitəsilə daxil olur ki, bu da məhsulların keyfiyyətinə nəzarətə mənfi təsir göstərir.
Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Əfqanıstanın özəl şirkətlərdən biri tərəfindən Azərbaycandan idxal olunan 60 tanker (söhbət maye qaz daşımaq üçün dəmir yolu sisternlərindən gedir) maye qazın Əfqanıstan gömrüyündə saxlanılması barədə informasiyanı şərh edərkən bildirib.
Gecikmənin səbəbi kimi maye qazın keyfiyyətsiz olması və Əfqanıstan standartlarına uyğun gəlməməsi göstərilib.
“Heydər Əliyev adına neft emalı zavodumuz Azərbaycanda mayeləşdirilmiş qazın (LPG) əsas hissəsini istehsal edir. İstehsalat standartı 20448-2018-dir və bu standarta görə məhsuldakı butan ən azı 60 faiz olmalıdır, bizim LPG-mizdə isə bu, təxminən 75 faiz təşkil edir. Lakin SOCAR özü bu məhsulun ixracı ilə məşğul deyil. Qaz məhsulun həm ölkə daxilində, həm də ondan kənarda satışını həyata keçirən “MəişətMayeQaz” MMC adlı şirkətə satılır. Bildiyim qədər bu şirkətin özü də məhsulu birbaşa Əfqanıstana ixrac etmir, onu adıçəkilən ölkəyə başqa təkrar alıcılar gətirir. Yəni məhsul, çox güman, son istehlakçıya çatana qədər bir neçə əldən keçir”, - İ.Əhmədov deyib.
KİV-də qeyd olunan hallarla bağlı qeyd olunan keyfiyyət səviyyəsinə toxunan İ.Əhmədov vurğulayıb ki, bu məhsul Azərbaycan Dövlət Neft Şirkətinin zavodunda belə tərkibdə istehsal oluna bilməzdi.
“Sıfır bütan tərkibli LPG yəqin ki yanacaq çatışmazlığı səbəbindən işləməzdi və bu, mütləq şəkildə yerli istehlakçının diqqətini çəkərdi. KİV-dəki informasiya natamam olduğundan ticarət şirkətləri tərəfindən Əfqanıstana göndərilən məhsulun əsas hissəsinin nədən ibarət olduğu aydın deyil, bir halda ki, onun tərkibində bu qədər az həqiqi maye qaz varsa. Məhsul buxarlanmaya məruz qaldığı üçün onu təzyiqli germetik sisternlərdə daşımaq lazımdır. Məhsulun hansı şəraitdə daşındığı, yolda və ya əldən-ələ keçərkən başına nə gəldiyi məlumumuz deyil”, - o söyləyib.
SOCAR nümayəndəsi onu da əlavə edib ki, bir müddət əvvəl Əfqanıstan hökumətinin yüksək vəzifəli şəxsləri Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşlərdə neft məhsulları birbaşa şirkətimizdən almaq istəklərini bildiriblər.
“Onların sözlərinə görə, neft məhsullarımız Əfqanıstana təkrar satıcılar və bəzən də qaçaqmalçılar vasitəsilə daxil olur ki, bu da məhsulların keyfiyyətinə nəzarətə mənfi təsir göstərir. Düşünürəm ki, gələcəkdə Əfqanıstan tərəfi ilə birbaşa ticarət əlaqələri qurmağın perspektivi var. O zaman məhsullarımız Əfqanıstana Heydər Əliyev adına neft emalı zavodundan ayrıldığı kimi çatacaq”, - İ.Əhmədov vurğulayıb.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.
1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.
Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “Report”a verilən məlumata görə, layihə çərçivəsində həyata keçirilən işlər nəticəsində artıq 2021-2022-ci illərdə Azərbaycanda "AVRO-5" standartına cavab verən dizel və benzin yanacaqlarının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 mln tona qədər artırılması istiqamətində aparılan işlərin başa çatdırılması planlaşdırılır.
Layihənin əsas məqsədlərindən biri də Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. İstehsalat proseslərində, əsasən, köhnə qurğuların istismarı zamanı ətraf mühit üçün bir sıra risklər yaranır və modernizasiya işləri həm də bu cür risklərin minimuma endirilməsinə imkan verəcək. Bu məqsədlə müasir və beynəlxalq standardlara cavab verən texnologiyaların tətbiqi nəzərdə tutulur/report.
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb