Bakı polisində biabırçılıq: polislərin tutduğu şəxs bölmədən qaçıb

img

04-11-2013 [22:58]



Bakıda təqsirləndirilən şəxs Polis Bölməsindən qaçıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən apa-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 185.2.1-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə axtarışda olan Fariz Fərahil oğlu Rzayev noyabrın 3-də Lənkəranda tutularaq Bakıya gətirilib.

Təqsirləndirilən şəxs noyabrın 3-dən 4-ə keçən gecə saxlandığı Polis Bölməsindən qaçıb. Hazırda F.Rzayevin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA