Tovuzda toy yasa döndü: toy karvanında qəza oldu, ölən və yaralananlar var

img

04-11-2013 [15:45]


Tovuza toy karvanı ilə gedən avtomobil aşıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 416-cı kilometrliyində, Tovuz rayonun Düz Qırıxlı kəndi ərazisində baş verib. Sürücü Vaqif Fətullayev toy karvanı ilə hərəkətdə olarkən yüksək sürətlə idarə etdiyi "BMW” markalı avtomobili yolun kənarına aşırıb. Qəza zamanı, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb. Bunlar sürücünün həyat yoldaşı Gülşən Fətullayeva, övladları - 10 yaşlı Aysel və 7 yaşlı Yusif Fətullayev və qohumu 19 yaşlı Aytən Hüseynovadır. Xəsarət alanlar Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Aytən Hüseynova orada dünyasını dəyişib. Xəsarət alanlardan 2-sinin vəziyyəti ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA