Ziya Məmmədova qarşı 1 milyon 719 minlik iddia - Məhkəmə qalmaqalı

img

04-11-2013 [10:12]



Paytaxtda yolların genişləndirilməsi yeni yolların tikilməsi illə əlaqədar Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinə qarşı verilmiş 1.719.000 manatlıq şikayət üzrə bu həftə məhkəmə qətnaməsi elan ediləcək.

 Bu barədə mia.az-a daxil olan məlumata görə, Nəqliyyat Nazirliyin «Adil» firmasının sərəncamında olan Bakı şəhəri Nizami rayonu, Koroğlu (keçmiş Əzizbəyov) metro stansiyasının yaxınlığında 955 kv.metr torpaq sahəsi ilə bağlı mübahisəyə Bakı Apellyasiya Məhkəməsində noyabrın 4- baxılacaq: «Firma rəhbərliyin yolların genişləndirilməsi yeni yolların  tikilməsi ilə bağlı nazirlik tərəfindən zəbt olunan torpaq sahəsinin əvəzinə 1.719.000 (Bir milyon yeddi yüz on doqquz) manat kompensasiya verilməsindən bəhs edən iddiasına 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. Hazırda həmin məhkəmənin qətnaməsindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Valeh Ağayevin sədrliyi ilə araşdırılır. Bu üzrə hakim bir neçə proses keçirib. Noyabrın 4- isə hakimin üzrə qərarını elan edəcəyi gözlənilir».

 Onu da qeyd edək ki, «Adil» firmasının rəhbərliyi Nəqliyyat Nazirliyi ilə yanaşı, Bakı şəhər Nizami rayon icra hakimiyyətləri ilə bərabər, Maliyyə Nazirliyini üçüncü şəxs qismində proseslərə cəlb etdirib.

 Məsələ ilə bağlı hər iki tərəfin mövqeyini dinləməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA