“Karantin vaxtı hansı yenilikdən söhbət gedə bilər?" - Xalq artisti

img

31-08-2020 [14:33]


Karantin rejimi Xalq artisti, teatr və kino aktyoru Ramiz Məlikin işlərində durğunluğa səbəb olub. 

Mia.az xəbər verir ki, Yenisabah.az-a danışan aktyor teatrların bağlı olmasından gileylənib: 

“Karantin vaxtı hansı yenilikdən söhbət gedə bilər? Kütləvi tədbirlər keçirilmir, teatrlar da sentyabrın 30-na qədər bağlı qalacaq. Hələ heç bilinmir ki, nə vaxt açılacaq. Bu canlı bir orqanizmdir, işləməlidir. Amma hər şey dayanıb. Teatr da, kino da dayandı. Axırımız nə olacaq bilmirəm. Serial çəkilişləri davam edir ya yox, bilmirəm çünki heç bir serial çəkilmirəm”. 

Qeyd edək ki, insanların həyat və sağlamlığının səmərəli qorunması məqsədilə, eləcə də dünyada COVİD-19 pandemiyası ilə əlaqədar vəziyyətin hələ də qeyri-qənaətbəxş olduğu nəzərə alınaraq, Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA