“AzerGold” “Daşkəsən” yatağında geoloji kəşfiyyata başlayıb
31-08-2020 [11:14]
“AzerGold” QSC Azərbaycan Prezidentinin 6 avqust 2020-ci il tarixli Sərəncamına uyğun olaraq “Daşkəsən” dəmir filizi yatağının yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işlərinin icrasına başlayır.
QSC-dən Mia.az-a verilən məlumata görə, belə ki, “AzerGold” tərəfindən yatağın qiymətləndirilməsi üzrə geoloji kəşfiyyat proqramı tərtib edilib. Hazırda bütün tarixi geoloji məlumatlar toplanaraq rəqəmsallaşdırılır, xüsusi proqram təminatları vasitəsi ilə yatağın ilkin 3 ölçülü geoloji modeli hazırlanır. Proqrama əsasən, ilkin olaraq ehtiyatlar üzrə resursların təsdiq edilməsi istiqamətində 4 sahəni əhatə edən 32 ədəd buruq quyusunun qazılması nəzərdə tutulub. İlkin tədqiqat layihəsi çərçivəsində ümumi olaraq 21 min metr dərinlikdə buruq qazma işlərinin icrası planlaşdırılır. 6500 metr həcmində qazma işlərinin isə cari ildə yekunlaşdırılması hədəflənir. Bu işlərin yekununda ilkin resurslara dair məlumatlar bazası formalaşacaq, eləcə də ehtiyatların artırılması, dəqiqləşdirilməsi və tam təsdiqi üçün nəticələr təhlil edilərək növbəti kəşfiyyat proqramları hazırlanacaq.
Bütün tədqiqat işləri müasir yanaşmalara və beynəlxalq standartların tələblərinə uyğun şəkildə təcrübəli və peşəkar heyət tərəfindən icra ediləcək. Geoloji kəşfiyyat işlərinin yekunu olaraq yatağın geoloji modelləri tərtib edilərək mövcud resurs və ehtiyatları beynəlxalq JORC standartlarına uyğun yenidən hesablanacaq, habelə, hazırda azad bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq iqtisadi səmərəli hesab edilən resurslar yenidən qiymətləndiriləcək.
youtu.be
Читать дальше
Qeyd edək ki, ilkin qiymətləndirmə sənədinin hazırlanması istiqamətində aparılan tədqiqatlar mədənçilik layihələrinin icrasında zəruri addımlardan hesab olunur. Belə ki, əldə ediləcək tədqiqat nəticələri mədənin ilkin resursları və hasil edilməsi gözlənilən ehtiyatları əsasında layihə üzrə perspektivləri və maliyyə proqnozlarını müəyyən edəcək. Bu mərhələ üzrə uğurlu göstəricilər növbəti, daha təfərrüatlı araşdırma və tədqiqat mərhələsinə keçməyə və sosial-iqtisadi göstəricilərin dəqiqləşdirilməsinə xidmət edəcək.
Məlumat üçün bildirək ki, proqram çərçivəsində kəşfiyyat işlərinin 2021-ci ilin birinci yarısında, araşdırma və ilkin qiymətləndirmə üzrə hesabatın həmin ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulub. Sözügedən layihə ilə əlaqədar ilkin qiymətləndirmə sənədi hazırlandıqdan sonra dövlətə təqdim ediləcək.
Qeyd edək ki, dövlət başçısı tərəfindən “AzerGold” QSC-yə tədqiqat işlərinin qısa müddətdə nüfuzlu yerli və xarici məsləhətçilər cəlb edilməklə beynəlxalq standartlara uyğun aparılması tapşırılmış və cari ildə işlərin icrası üçün ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır.
Xatırladaq ki, “Daşkəsən” dəmir filizi yatağı 1954-cü ildən 1994-cü ilədək fasiləsiz istismar edilib. 350 mln. ton filiz həcmində hesablanan yataq ehtiyatlarının 92 mln. tonu məhz bu illər ərzində hasil edilib. Yatağın yenidən istismarı yerləşdiyi bölgənin sosial-iqtisadi inkişafına müsbət təsir etməklə yanaşı, dağ-mədən sənayesinin, eləcə də metallurgiyanın ölkənin qeyri-neft sektorunda mövqeyinin güclənməsinə səbəb olacaq. Yataqda hasilatın bərpası bir çox yan sahələrin tərəqqisinə, regionlarda iş təminatının yaxşılaşdırılmasına, yerli şirkətlərin fəaliyyəti üçün yeni və daha geniş imkanların yaranmasına da öz əhəmiyyətli töhfəsini verəcək.
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb