General Bəylər Əyyubovun bacısı oğlunun yeni məhkəməsi başladı

img

03-11-2013 [19:58]



 Prezidentin mühafizə xidmətinin rəisi, general Bəylər Əyyubovun bacısı oğlu Osman İsayev və onun dostları Xətai rayon Məhkəməsinin sentyabrın 17-də çıxardığı hökmdən verdikləri şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Oktyabrın 29-da keçirilən məhkəmə günü işin icraata qəbul edilib-edilməməsi ilə müzakirə olunub və ilkin baxış müsbət qərarla nəticələnib. 

 Bu barədə mia.az-a daxil olan məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə keçirilən məhkəmədə hakim Əmir Bayramovun şikayəti icraata qəbul etdiyi haqda qərar verib: «Hakim işin icraata qəbul edilməsi haqda qərar verdi. Məhkəmə işin halları üzrə noyabrın 12- araşdırmaya start verəcək».

 Xatırldadaq ki, Xətai rayon Məhkəməsinin hökmü ilə "OMİS” MTK-nın sədri Osman İsmayıl oğlu İsayev, onun əmisi oğlu Sultan Xalid oğlu İsayev, Amil Malik oğlu Şirəliyevin barəsində 2 il, Rauf Orxan oğlu Həsənlinin haqqında  isə 3,6 il həbs cəzası çıxarılıb.

 Adıçəkilən şəxslər Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə (xuliqanlıq) təqsirləndirilir».

 Məlumatda o da bildirilir ki, hal-hazırda tutulanlar haqda şikayətçi də yoxdur.

/span nbsp;span lang="AZ-LATIN" style="font-size:14.0pt;mso-ansi-language:AZ-LATIN"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA