Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
23-08-2020 [00:03]
Qoç - təhlükəsizliyinizə və işinizin səlis yerinə yetirilməsinə fikir verin. Hadisələrin bir qismini nəzarətdə saxlayın. Məntiqli olun, soyuqqanlı və təmkinli davranın.
Emosiyalara uymayın, avantür təkliflərə aldanmayın. Problemlərə reaksiyanı qeyri-emosional səviyyəyə salın. İşin məhsuldarlığı yüksək olacaq. Lakin ifrat dərəcədə çalışmayın.
Səhhətinizlə bağlı problem riski var.
Yardım və ya qayğı təklif olunursa, inadkarlıq etməyin. İşin "zəif həlqə"sini nəzarətdə saxlayın.
Yeni maraqlar üçün yaşam arealında gərəkli məkan yaradın.
Buğa - günün ilk yarısından etibarən bir çox işlərin öhdəsindən gələ bilərsiniz. Tələskənliyə yol verməyin, vurnuxmaların fiqurantına çevrilməyin. İşgüzar əlaqələri intensivləşdirin.
Günün ikinci yarısında işdə rəhbərlik təmaslarda səbrli olun, təmkinli davranın. Dostlarla, dəyərli insanlarla ümumi işləri müzakirə etmək olar.
Mübahisəli məsələləri gündəmə gətirsəniz, qarşı tərəfin mövqelərini də nəzərə alın.
Axşam saatlarında alış-verişə yollanmaq olar.
Əkizlər - məntiqlə davranın, radikal qərarlar qəbul etməyin. Həddən ağır iş görərək özünüzü yormayın. İfrat yorğunluq bir çox xəstəliklərin mənbəyidir.
Rasionunuza fikir verin. İşlə bağlı məsələlərin həllində aktiv olun.
Günün ikinci yarısında rutin işlər təcili çözümünü tələb edir. Sevdiyiniz insanla ciddi söhbəti təxirə salın. Bu gün münasibətləri ayırd etmək üçün əlverişli zaman deyil.
Anlaşılmazlıq və mübahisə riski az deyil.
Xərçəng - yaxın ətrafınıza, yaşam arealınıza diqqət yetirin. Ağıllı və fəndgir davranın, ehtiyatı əldən verməyin.
Qüvvələrinizi bərpa etməyə çalışın. Bunun üçün təmrinləri və ya prosedurları müəyyənləşdirin.
Yeni informasiya alına bilər. Bu xəbər işlərin gedişatında, işgüzar tərəfdaşlarla münasibətlərdə dəyişikliklər yarada bilər.
Başlanmış prosesi dayandırmağa can atmayın, çünki niyyətiniz reallaşmayacaq.
İşdə kiçik, amma önəmli detalı aşkarlayın. O detal və ya ünsür işi tamamlamağa, onu mənalandırmağa imkan verir.
Şir - hisslərinizə uyaraq düşünülməmiş addımlar atmayın. Günün emosional fonu sizdən rasional və praqmat davranış tələb edir. Həddən artıq aktiv olmayın. Zərurət varsa, tempi bir qədər aşağı salın.
Günün ikinci yarısında şəriklər və ya tərəfdaşlarınızdan biri sizə sürpriz edə bilər. Gözlənilməz hadisələrə hazır olun. Situasiyanın ani dəyişkliklərindən faydalanın.
Axşam saatlarında gəzintiyə çıxın.
Qız - ünsiyyətdə qarşılıqlı maraqları ön plana çəkməyin. Kompromisslərə meylli olun. Əhvalınız və səhhətiniz imkan verirsə, daha çətin işlərə başlamaq olar. Fəaliyyətinizdə ciddi, əhəmiyyətli dəyişikliklər olmayacaq. Rutin işləri ənənəvi qaydada yerinə yetirin.
Günün ikinci yarısında ailə üzvlərindən birinin təcili yardıma, dəstəyə ehtiyacı yaranacaq. Ona kömək edin, laqeyd davranmayın.
Sizə dəyər verən insanlarla münasibətləri korlamayın.
Axşam saatlarında internetdə çox vaxt keçirməyin.
Tərəzi - mənəvi və fiziki sağlamlığın vəhdətinə nail olun. Çalışdığınız şəraitin rahat, yeni planların reallaşdırılması üçün əlverişli olmasına can atın. Var qüvvənizlə işləyirsinizsə, nəticənin də məntiqi olmasına can atın.
Günün ikinci yarısında işdə rəhbərliklə danışıqlarınızın təfərrüatlarını həmkarlarınıza danışmayın. Şəxsi məsələlərdə tərəfdaşın qayğılarını və fikirlərini nəzərə alın.
Laqeyd, soyuqqanlı, eqoist olmayın.
Əqrəb - istənilən, hətta ən kiçik işlərdə fayda və mənfəət arayın. Hadisələri tələsdirməyin. Etdiyiniz seçimi dərhal açıqlamayın. Ev işləri və ailə tədbirləri üçün əlverişli zamandır.
Yeni işə və ya fəaliyyət sahəsinə maraq yarana bilər.
Günün ikinci yarısında yeni ideya və fikirlərinizi yaxın ətrafınızdakı insanlarla bölüşə bilərsiniz.
Axşam saatlarında aktiv istirahəti seçin.
Oxatan - günün ilk yarısından səs-küydən, qarmaqarışıqlıqdan uzaq olun. Əhvalınızı poza biləcək insanlardan uzaq durun. Dəyər verdiyiniz insanlarla birgə fəaliyyətə üstünlük verin.
Günün ikinci yarısında xidməti səlahiyyətlərinizi yerinə yetirərkən yaxın perspektivi düşünün.
Axşam saatlarını sevdiyiniz insanla keçirin. Münasibətlərdə harmoniya yaradın.
Oğlaq - günün ilk yarısından etibarən aqressiv olmayın. Dəyər verdiyiniz insanlarla normal davranın. Kollektiv fəaliyyətdə fayda var. Çətin durumlarda təmkinli davranın, emosiyalara qapılmayın.
Günün ikinci yarısında qəliz vəziyyətlərin həlli çox asandır. Küsülülərin barışma şansı var. Köhnə problemləri asanlıqla həll edə bilərsiniz.
Axşam saatlarını ailə üzvlərinə həsr edin.
Dolça - gərgin, ağır və mürəkkəb intellektual fəaliyyət üçün yararlı zamandır. Önəmli qərarlar qəbul edəndə tələskənliyə yol verməyin. Yeni layihəyə başlamaq üçün münasib zaman olsa da, situasiyanı tam dəqiqliklə qiymətləndirin.
Təşvişə düşməyin. Vurnuxmalara aldanmayın.
Günün ikinci yarısında xüsusi diqqət və ehtiyatlı davranış tələb edən məsələlərdə yüz ölçüb, bir biçin. Axşam saatlarında yaxınlarınızla ünsiyyətdə anlaşılmazlıqlar yarana bilər. Ailə üzvlərinə yetərincə vaxt ayırın.
Stressdən mütləq şəkildə qurtulun.
Balıqlar - günün ilk yarısından etibarən yaxın ətrafınızdakı insanlarla və qohumlarınızla münasibətlərdə gərginlik yarana bilər. Yaşlı qohumların, ailə üzvlərinin dediklərini dinləyin. Məsləhətləri qulaqardına vurmayın.
Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. Tapşırıq və sifarişləri vaxtında, keyfiyyətlə yerinə yetirin. Cari öhdəlikləri unutmayın.
Axşam saatlarını dostlarınızla keçirin. Səs-küylü məclis əhvalınıza mənfi təsir edəcək.
Milli.Az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"