Bakıda biznes- ledini başından vurdular - Qətl

img

31-10-2013 [12:15]



Bir neçə gün əvvəl paytaxtda qətlə yetirilən 48 yaşlı iş adamı Nigar Sadıqovanı ölümə aparan məqamlar araşdırılıb. 

Xanım iş adamını oktyabrın 24-də Nəsimi rayonu ərazisindəki evində küt alətlə öldürüblər. Hadisədən sonra həyat yoldaşının deməsinə görə, evdə olan 26000 manat və 5100 dollar pul da yoxa çıxıb.

Hadisədən az sonra istintaqın qətlin N.Sadıqovanı tanıyan şəxs tərəfindən törədilməsi ilə bağlı ehtimalı düz çıxıb. Çünki cinayətkarın mənzilə pəncərə və ya qapını sındırmadan daxil olması onun mərhum xanıma tanış biri olması kimi şübhələrə əsas verirdi.

Nəsimi Rayon Prokurorluğundan Milli.Az-ın aldığı məlumata görə, artıq qətlin N.Sadıqovanın 32 yaşlı qaynı oğlu Ramil Sadıqov tərəfindən törədildiyi müəyyən edilib. Hazırda istintaqdan qaçıb gizlənən Qazaxıstan vətəndaşı olan R.Sadıqovun barəsində həbsli axtarış elan olunub.

Milli.Az belə bir məlumat da əldə edib ki, R.Sadıqovun ağır cinayət törətməsi uzun müddət davam edən daşınmaz əmlak davasıdır. Onun N.Sadıqova ilə torpaq üstündə münaqişəsi olub. Qətl də məhz bu davanın üstündə törədilib. R.Sadıqov qətli törətdikdən sonra Azərbaycanı tərk etməyə də macal tapıb. O, ölkə sərhədlərini keçərək Türkiyəyə qaçıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA