Bakıda “vəzifəli şəxs”in dələduzluğu ifşa olundu

img

30-10-2013 [22:36]


Bakı şəhər sakini Lətif Süleymanovun qanunsuz əməlləri barədə Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

raşdırmalar zamanı L.Süleymanovun özünü dövlət hakimiyyət orqanının əməkdaşı kimi təqdim edərək ayrı-ayrı vətəndaşlardan dələduzluq yolu ilə ümumilikdə 28.0 min manat məbləğində pul vəsaitini qanunsuz olaraq ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindənModern.az-a verilən məlumata görə, L.Süleymanov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan edilib. Hazırda iş üzrə istintaq davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA