Bakıda toyda qanlı dava: 3 nəfər bıçaqlandı

img

30-10-2013 [14:23]



Bakı şəhər Baş Polis İdarəsi Sabunçu rayonunda keçirilən toy mərasimində baş vermiş qanlı hadisə ilə bağlı məlumat yayıb. İdarənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, oktyabrın 29-da Mehmandarov küçəsində Bakı şəhər sakinləri - Xaləddin Əhədov, Eldar Məmmədov və Fərid Cərullayev bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Taleh Tağıyev tutulub.

Qeyd edək ki, hadisə Bakıxanov qəsəbəsindəki "Firuzə” şadlıq sarayının həyətində baş verib.

ANS PRESS-in "Qafqazinfo"ya istinadla verdiyi məlumata görə, hadisəyə səbəb toy sahibinin Xaləddin adlı qonşusunun maşını doğru yerdə saxlamaması olub. Sürücünün maşını digər avtomobillərin hərəkətinə mane olan istiqamətdə saxlaması qarşıdan gələn avtomobilin sahibinin qəzəbinə səbəb olub.

Bu zaman sürücü ilə toy sahibinin qonşusu Xaləddin arasında dava düşüb. Qəzəblənən sürücü Xaləddinə 5 bıçaq zərbəsi endirib. Hadisəni aydınlaşdırmağa gələn toy sahibinin qohumu Eldar Məmmədov da ürəyindən bıçaqlanıb, lakin bıçaq dərinə getmədiyi üçün vəziyyəti yaxşıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA