"Yeddi oğul istərəm"in Cəlalı, "Atları yəhərləyin"in Siracı və ya 15 yaşından kinoya çəkilən Ənvər Həsənov: "Nəbini mən oynamışam..."
17-08-2020 [18:02]
"Yeddi oğul istərəm" filmindən CƏLAL kimi tanıyıb sevdiyimiz Azərbaycanın Xalq artisti ƏNVƏR HƏSƏNOVun doğum günüdür.
Bu gün tanınmış sənətkarımızın 70 yaşı tamam olur.
Biz Ənvər Həsənovu Cəlal, Murad, Arif, Nuru... kimi tanıyıb sevdik. Sonralar bu siyahı daha da uzandı.
Ənvər Həsənovun geniş tamaşaçı auditoriyası tərəfindən sevilən və yaddaşlara həkk olunan obrazlarından biri də rejissorlardan Şamil Mahmudbəyovun və Kamil Rüstəmbəyovun lentə aldıqları “Dərviş Parisi partladır” (1976) kinokomediyasındakı Şahbaz bəydir. Filmdə Şərəfnisə rolunda incəsənət institutunun tələbəsi Mömünat Qurbanova çəkilmişdir.
Ənvər Həsənovun filmdəki tərəf-müqabili haqqında dediklərindən:
“Biz bu filmdə çəkiləndə artıq nişanlı idik. Sonra “Atları yəhərləyin” filminə çəkildik. Mən Sirac rolunu ifa edirdim. Bir gün filmin rejissorları Əbdül Mahmudov və Həsənağa Turabov mənə dedilər ki, icazə ver, Mömünat xanımı Həcər roluna çəkək. Sözün düzü qorxurdum. Çünki qadın üçün çətin rol idi. Filmdə Həcər çox vaxt at çapmalı olur. Amma Mömünat xanımda qorxu hissi yox idi. Razılıq verdik, film də yaxşı alındı, xanım da Həcər rolunun öhdəsindən yaxşı gəldi.
Filmdə faktiki olaraq bir çox səhnələrdə Nəbini mən oynamışam. Həsənağa at çapmaqdan yaman qorxurdu. Ona görə də, filmdə onun dublyoru idim. Mən nəinki atı onun yerinə sürürdüm, hətta gəncliyini də oynamışam. Yeri gələndə heç həyat yoldaşımı da at çapmağa qoymurdum. Qızım körpə idi, cəmi üç yaşı vardı. Düşünürdüm ki, birdən at diksinər, yıxar onu. Amma Mömünat xanımı maşın qəzasından qoruya bilmədim, 50 yaşında itirdim onu... Ondan sonra həyat mənimçün mənasız olub...
“Atları yəhərləyin”dən sonra biz rejissor Xəyyam Aslanın dünya çempionunun başına gələn əhvalatlardan bəhs edən “Son döyüş” filminə çəkildik. Burada mən türk vəkili Ənvər bəyi, Mömünat xanım isə vəkilin həyat yoldaşını oynamışıq. Əgər mən sonralar da onun çəkilməyinə icazə versəydim, Mömünat xanım az bir zamanda ən populyar aktrisalardan biri olacaqdı”.
Ənvər Həsənov ilk filmindən başlayaraq digərlərində də Azərbaycanın tanınmış aktyorları ilə tərəf-müqabil olmuşdur. Adil İsgəndərov, Həsənağa Turabov, Ətayə Əliyeva, Məmmədsadıq Nuriyev, Həsən Məmmədov, İsmayıl Osmanlı, Leyla Bədirbəyli, Şahmar Ələkbərov, Ələddin Abbasov... bu sənətkarlarla bir filmdə iştirak etmək və onlara layiq oyun nümayiş etdirmək nə qədər çətin olsa da Ənvər bunun öhdəsindən layiqincə gəlmiş, istedadlı tərəf-müqabil olduğunu göstərə bilmişdir. Onun istər baş, istərsə də ikinci planda olan rolları bunu bir daha bizə deməyə əsas verir. Buna misal “Babək” filmindəki Tərxanı, “Arxadan vurulan zərbə”dəki Oqtayı, “Atları yəhərləyin”dəki Siracı, “Son döyüş”dəki vəkil Ənvər bəyi göstərə bilərik.
Aktyor və rejissor Ənvər Həsənovun milli kino tariximizdə öz layiqli yerini tutmuş Muradı (“Uşaqlığın son gecəsi”), Cəlalı (“Yeddi oğul istərəm”), Şahbaz bəyi (“Dərviş Parisi partladır”) bugünkü gəncliyimizin simvollarıdır. Bu obrazlara ekran həyatı verən aktyora həmin qəhrəmanlar tamaşaçı sevgisi və alqışı bəxş etmişdir.
Ənvər Həsənov “Bizim küçənin oğlanları” (Arif), “Səmt küləyi” (Əli), “Dörd bazar günü” (Kamil), “Xoşbəxtlik qayğıları” (Nuru), “Arxadan vurulan zərbə” (Oqtay), “Babək” (Tərxan), “Gözlə məni” (Qaçaq), “Birisigün, gecəyarısı” (çekist), “Doğma sahillər” (kapitan Vəzirov), “Tələ” (avtotexnik), “Alma” (inqilabçı; İran), “Mələk günü” (kürəkən; İran), “Son döyüş” (Ənvər bəy), “Cavad xan” (Səlim xan), “Vəkil haradadır?” (baş həkim), “Sübhün səfiri” (Hətəmxan ağa), “İşarəni dənizdən gözləyin” (baş nazirin yavəri) filmlərində aktyor, “Pirverdinin xoruzu”, “Tələ”, “Alma”, “Mələk günü”, “Hökm”, “Ovsunçu”, “Çalış, nəfəs alma”, “Məhkumlar”, “Cavad xan”, “Ölüm növbəsi”, “İlahi məxluq”, “Dolu” və s. filmlərdə II rejissor kimi də iştirak etdi.
Ümumiyyətlə Ənvər Həsənovun yaradıcılıq tərcümeyi-halında 50-yə qədər filmin adı vardır.
ƏNVƏR HƏSƏNOV: "Kinoya 15 yaşımdan gəlmişəm. İndi isə 70 yaşım tamam olur. Artıq 55 ildir kinodayam. Bütün həyatım, nəfəsim kinostudiya ilə bağlıdır. Mənə tamaşaçı sevgisini kinostudiya qazandırdı. Ad günümlə bağlı təbriklər, tamaşaçı sevgisini həmişə görmüşəm. O tamaşaçılar ki, məni bu dərəcədə sevir, bunun özü bir xoşbəxtlikdir. Məni yaşadan tamaşaçı məhəbbətidir.
Mən kinomuzun gələcəyinə ümidlə baxıram. İnanırsınız, bir gün boş vaxtım olanda da kinostudiyaya baş çəkirəm. Kino ilə yaşayan, nəfəs alan adamam. Kinoda 43 obraza həyat vermişəm.
70-dən çox filmdə əziyyətim olub. Həm aktyor, həm də ikinci rejissor kimi çalışmışam. 43 filmdə əsas rolları ifa etmişəm. Tamaşaşılar məni həm Murad, həm də Cəlal kimi sevir. Amma mənə bütün obrazlarım əzizdir. Cəlal, Murad, Arif, Sirac, Tərxan, Şahbaz bəy. Hamısını sevirəm və ifa etdiyim bütün obrazlara övladım kimi baxıram. Bu gün sevinirəm ki, bizim nəslimizdə Murad, Sirac, nəvələrimin adıdır. Cəlal qardaşımın oğlunun adıdır. Bir gün mən olmayanda bu adlar və çəkildiyim filmlər məni yaşadacaq. Unudulmağa qoymayacaq...".
Azərbaycanın Əməkdar artisti Ənvər Həsənov müsahibələrinin birində demişdir: “İstəyirəm ki, bundan sonra mən milli kinomuzda yaşlı bir aktyor kimi elə bir obraz yaradım ki, tamaşaçı onu da Murad, Cəlal və Şahbaz bəy kimi sevsin”.
İstedadlı sənətkarımızın bu istəyinin də reallaşacağına şübhə etmirik...
QISA ARAYIŞ:
Azərbaycanın Xalq artisti, rejissoru və tanınmış aktyorumuz Ənvər Cəfər oğlu Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub. 7-ci sinfə qədər 190 saylı məktəbdə oxuyan Ənvər sonra Fəhlə Gənclər Məktəbinə keçir. Buna səbəb isə 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olması idi. 1969-cu ildə kinoaktyor kursunu bitirib.
1969-1973-cü illərdə M.A. Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışır.
Ənvər Həsəov gənc yaşlarından kinolara çəkilməyə başlamışdır.Xüsusilə o, "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa maraqlı obrazlar yaratmışdır.O,həyat yoldaşı aktrisa Mömünat Qurbanova ilə "Dərviş Parisi partladır" və "Atları yəhərləyin" filmində rol almışdır.
O, rejissor kimi də fəaliyyət göstərmişdir. “Haray, Xocalım, haray”, “ Tələ” və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “Sönməyən çıraq” sənədli filmlərini çəkmişdir.
Ənvər Həsənov Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti, 1 avqust 2018-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür.
Dəyərli sənətkarımızı bir daha təbrik edir, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Nurlanə ƏLİYEVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"Azərbaycan Suriyada baş verən prosesləri yaxından izləyir"
“Xəzər TV”yə xəbərdarlıq olunub
İngiltərədə məscidin önünə siçovul buraxan şəxs cəzalandırıldı
Premyer Liqa: 2025/2026 mövsümünün püşkatması olub
Səbailin bir hissəsində işıq olmayacaq
Rusiyalı deputatlardan tələb: ""WhatsApp” bloklansın!" - Daha bir sosial media qapadılır
Çörəyi dizinin üstündə olanlar… - Təbriz VƏFALI YAZIR
Prezident İlham Əliyev Xocalıda sakinlərlə bir arada - FOTOLAR
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib
Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir
Prezident İlham Əliyev Qiyaslı kəndindəki tarixi məsciddə - FOTOLAR
"E-manat" bağlanır? - Lisenziya məhdudlaşdırıldı
İlham Əliyev Ağdamda: məktəb binasının açılışı oldu - FOTOLAR
Prezident İlham Əliyev Ağdamda müəssisəsinin açılışında - FOTOLALR
Sabah hava necə olacaq? - Proqnoz
SURİYA QAN GÖLÜNƏ ÇEVRİLİR: əşirətlər and içdi, dörd bir yandakı 50 min silahlı 150 minlik bölgəyə yol aldı - Hökumət qüvvələri isə... (FOTOLAR)
Bağçalara uşaq qəbulu başlayıb
Rəqsanə: "Dedi: "Otur burada, evinin qadını, balalarının anası ol" - "Mənim borclarımı bağladı, mənə ev və maşın aldı"
“Qarabağ” - “Şelburn” oyununun biletləri satışa çıxarılıb
Ələsgər Məmmədlinin səhhəti pisləşib - Tanınmış şəxslər Prezident İlham Əliyevə müraciət edib
Trampın səhhətində problem yaranıb - Xroniki venoz çatışmazlığı diaqnozu nədir? (FOTO)
Dövlət Xidməti 4 rayonda təmirə başlayır - 310 minlik sövdələşmə var
İmamoğlunun ətrafı "daranır" - Daha 18 nəfər həbs olunub
Azərbaycan nefti cüzi bahalaşdı
İsrail Suriyanı vurur, druzlər isə bədəvi ərəbləri qovur - Səhərə yaxın toparlanan ərəblər əks hücuma keçiblər
İsrail Suriyanı yenə bombalayıb
Şimali Kipr Türk Respublikasında şirin su qaynağı tapıldı
Polşa ilə Macarıstan arasında diplomatik gərginlik - Səfir geri çağırıldı, əlaqələr minimuma endirildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyevlə Berdiməhəmmədov Şuşada naharda - FOTOLAR
Ermənilər Bakıda məhkəmədə: Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan, Levon Mnatsakanyan... - FOTOLAR
II və III ixtisas qrupları üzrə qəbulun nəticəsi açıqlandı: kimlərin nəticəsi ləğv edilib? - Ən yüksək bal toplayanlar bəlli oldu
Laçın meşəliyində yanğən: Sus kənd sakini olan 3 nəfər saxlanıldı - Rəsmi məlumat yayıldı (Yenilənib)
"İsrailin təcavüzü bütün bölgəyə təhlükə yaradır" - Ərdoğan Əhməd Şara ilə müzakirə aparıb
"Rizespor" Ali Sou ilə müqaviləni yeniləyib
"Beşiktaş" bu transferi ləğv etdi - RƏSMİ AÇIQLAMA
"Napoli" Noa Lanqla anlaşıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Məşhur jurnalistin ittiham aktı bəlli oldu - Nə qədər həbs gözləyir?