İtaliyada vəfat edən azərbaycanlı musiqiçi Bakıda dəfn ediləcək

img

17-08-2020 [11:37]


İtaliyada vəfat edən azərbaycanlı vokalçı Eldar Əliyev Bakıda dəfn ediləcək.

Mədəniyyət Nazirliyindən Mia.az-a verilən məlumata görə, mərhum vokalçının dəfn mərasimi hər iki ölkənin rəsmi nümayəndələrinin, sənətsevərlərinin iştirakı ilə təntənəli şəkildə keçiriləcək. 

Qeyd edək ki, öz böyük istedadı, bənzərsiz səs tembri ilə dünya opera səhnələrini fəth etmiş azərbaycanlı vokalçı Eldar Əliyev avqustun 4-də İtaliyanın Milan şəhərində 49 yaşında vəfat edib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA