Daşınmaz əmlakla bağlı ipoteka prosesi haqda yeni qərar verildi

img

14-08-2020 [20:20]


“Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası” təsdiq edilib.

Mia.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Mərkəzi Bank ipoteka kağızının elektron sistemi fəaliyyətə başlayana qədər dövriyyədə olan daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızları barədə sənədlərin və elektron formada olan məlumatların 6 (altı) ay müddətində İqtisadiyyat Nazirliyinə verilməsini təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

İqtisadiyyat Nazirliyi dövriyyədə olan daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızları, habelə həmin ipoteka kağızlarında dəyişiklik edilməsi və onlara xitam verilməsi barədə məlumatların ipoteka kağızının elektron sistemində yerləşdirilməsini təmin etməlidir.

Qərar müvafiq elektron sistemin fəaliyyətə başlaması ilə eyni gündə qüvvəyə minir.

Digər xəbərlər
SON XƏBƏRLƏR