Afaq Bəşirqızının gəlininə vəzifə verilməsi ilə bağlı rəsmi - Açıqlama

img

14-08-2020 [14:51]


Bakıda 7 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə yaranmış vakansiya  ilə bağlı məktəbin direktor vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası Təlimə Dəstək Mərkəzinin Tədrisin idarəolunması bölməsinin müdiri Təhməzova Könül Arif qızına həvalə edilib.

Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmri olub.

Xatırladaq ki, 7 nömrəli tam orta məktəbin direktoru Həsənova Könül Ədalət qızı Təhsil Nazirliyinin 13.07.2020-ci tarixli əmri ilə Bakı şəhəri 27 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, K.Təhməzova Xalq artisti Afaq Bəşirqızının gəlinidir/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR