13 yaşlı azərbaycanlı qız zorlandı

img

30-10-2013 [10:30]


Türkiyədə 63 yaşlı ögey ata 13 yaşlı qızını zorlayıb. 

Yerli mətbuatın xəbərinə görə, hadisə İqdır vilayətinin Melekli bölgəsində baş verib.

Məlumata görə, 63 yaşlı su satıcısı Dursun K. Azərbaycan əsilli həyat yoldaşı A.T.nin ilk ərindən olan 13 yaşlı qızı G.T.-ni zorlayıb. Azyaşlı başına gələnləri anasına danışıb. Ana isə şikayət ərizəsi ilə polisə müraciət edib.

Dərhal Dursun K. Barədə təhqiqata başlayan hüquq-mühafizə orqanları onu həbs ediblər. İddiaları qəbul etməyən Dursun K. isə ona tələ qurulduğunu bildirib. Faktla bağlı araşdırmalar davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:48 03.05.2025

Hərbçimiz vəfat edib

18:13 02.05.2025

Ərdoğan KKTC-yə gedir