NAZİR ƏVƏZİ İKİ ŞÖBƏ MÜDİRİ İLƏ MÜŞAVİRİ VƏZİFƏDƏN ÇIXARDI - Nazirlikdə dəyişikliklər

img

10-08-2020 [15:59]


Mədəniyyət Nazirliyində yeni kadr kadr dəyişiklikləri olub.

Mia.az nazirliyə istinadla xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmrlərinə əsasən nazirliyin Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdiri Abduləlimov Ruslan Ələsgər oğlu və Kinematoqrafiya şöbəsinin müdiri Məmmədov Cahangir Tokay oğlu yaş həddi ilə əlaqədar vəzifədən azad ediliblər.

Həmçinin, Anar Kərimovun digər əmri ilə Mədəniyyət nazirinin müşaviri İsmiyev Aydın Cuməli oğlu öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA