Bakıda puldaşıyan maşına silahlı basqın oldu, telekanal əməkdaşı ölümcül yaralandı

img

29-10-2013 [14:20]




Bakı şəhərində tanınmış şirkətin inkassatoruna hücum olub. Suraxanı rayonu ərazisində inkassator bıçaqlanaraq külli miqdarda pul aparılıb.

Naməlum şəxslər "Ailə TV” kabel televiziyasının əməkdaşı Əbülfət İmanova Hövsan qəsəbəsi ərazisində hücum ediblər. Ötən gün gecə saatlarında evə qayıdan Ə.İmanovun qarşısını kəsən naməlum şəxslər bıçaqla ona iki zərbə vuraraq 2925 manat pulunu götürərək qaçıblar. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirlib.

 Suraxanı Rayon Polis İdarəsindən bildirilib ki, şirkət əməkdaşına qarşı quldurluq edən şəxslər tutulmayıblar. Hazırda quldurların tutulması istiqamətində iş aparılır. 

 Şirkətin mətbuat xidmətindən isə deyilib ki, hucuma məruz qalan Ə.İmanov filiallardan birinin əməkdaşıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA