Bu obyektlərdə qaydalar pozuldu - SİYAHI
09-08-2020 [18:04]
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
AQTA-dan Mia.az-a verilən məlumata görə, agentliyin əməkdaşları tərəfindən 08 avqust 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 54 ictimai iaşə obyekti, 156 ərzaq satışı mağazası olmaqla ümumilikdə 210 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 52-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Bayramoğlu”, “Göyçə”, “Retro”, “Bizim ailə” marketlər, Babayev Şahin Ramazan oğluna, Əliyev Tofiq Şəmil oğluna, Quliyev Vüsal Məhəmməd oğluna, İsmayılov Nemət Binyət oğluna, Hüseynov Vüqar Saleh oğluna, Məhərrəmova Sevin Abduləhəd qızına məxsus ərzaq mağazaları
Digər şəhər və rayolar üzrə:
Şirvan şəhərində Əliyev Müşfiq Mahir oğluna, Abbaszadə Mirmövsüm Seyidhüseyn oğluna məxsus kafelər, Hüseynov Əlisevər Həmzə oğluna məxsus restoran
Sabirabad rayonunda “Lahmacun” kafe, Sultanov Musa Muğan oğluna məxsus kafe, Seyidov Əziz Əzim oğluna məxsus restoran
Saatlı rayonunda Pənahov Babək Novruzəli oğluna və Əşrəfov Uğur Rasim oğluna məxsus restoranlar, Meybullayev İdavət Məmmədağa oğluna, Kərimov Aydın Nəcəfalı oğluna, Hüseynov Teymur Eldar oğluna, Əzizov Mirhəbib Mirqanı oğluna məxsus kafelər
Hacıqabul rayonunda Cəfərov Nizami Mirzəxan oğluna məxsus kafe, Məmmədov Mübariz Azər oğluna, Rüstəmov Mikayıl
İsmayıl oğluna, Seyidov Orxan Azad oğluna, İsmayılov Arif İsmayıl oğluna məxsus restoranlar, Nurəliyev Sahib Sahil oğluna və Səlimov Sabir Tofiq oğluna məxsus yeməkxanalar
Neftçala rayonunda Fərziyev Elgün Zakir oğluna, Abbasov Nazim Hüseyn oğluna, Xəlilov Abdulhəsən Məmmədhəsən oğluna məxsus kafelər
Şamaxı rayonunda Eyvazov Rövşən Yunis oğluna, Vahidov Əhsən Mustafa oğluna məxsus kafelər
Kürdəmir rayonunda “Anar” yeməkxana, “Azad” kafesi
Ağsu şəhərində “Orxan”, “Vüsal” kafeləri
Masallı rayonunda İbadov Kamran Bahaddin oğluna və Niftullayev Çingiz Balabəy oğluna məxsus ət satışı mağazaları
Cəlilabad rayonunda Həsənov Arzuman Əli oğluna məxsus ət satışı mağazası
Naftalan şəhərində “Turan”, “Bahar” kafeləri
Göyçay rayonunda “Sərin məkan” restoranı, “Röya” kafesi
Tovuz rayonunda “Xırdalan”, “Tahir”, “Almalı” kafeləri
Qazax rayonunda “Səda”, “Gülçiçək” kafeləri
Ağstafa rayonunda “Vurğun”, “Balıq evi” kafeləri
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb