Bakıda sakinlərlə polis arasında qarşıdurma, 4 polis yaralandı

img

29-10-2013 [11:43]


Oktyabrın 28-də Bakıda polislə bir qrup şəxs arasında qarşıdurma olub. Hadisə Bakıxanov qəsəbəsində, Sabunçu rayon Məhkəməsinin inzibati binasının qarşısında baş verib.

Bir qrup şəxs Penitensiar xidmətin xüsusi avtomobili ilə məhkəmə binası qarşısına gətirilən məhbusların binaya daxil olmasına imkan verməyib. Həmin şəxslər Ədliyyə Nazirliyinə məxsus olan avtomobili dövrəyə alıblar.

Hadisə yerinə Sabunçu rayon Polis İdarəsinin əməkdaşları gəlib. Onlar Penitensiar xidmətin nəzarətçiləri ilə birlikdə məhkəmə iclasının gedişinə mane olan şəxsləri uzaqlaşdırmağa çalışıb. Bu zaman mülki şəxslərlə polislər arasında qarşıdurma yaranıb. Həmin şəxslər dəmir parçası və digər əşyalarla polisə hücum edib. İnsident zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Lent.az yaralanan polislərdən ikisinin adını dəqiqləşdirib. Bunlar polis serjantları Fərəməz İmanov və Samir İsmayılovdur.

Hadisə ilə bağlı araşdırmalar başlanılıb və Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə iş başlanılıb(Lent.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA