İrəvan şəhərinin sabiq meri tutulub - Keçmiş prezidentin əleyhinə ifadə vermədiyi üçün

img

06-08-2020 [15:51]


İrəvan şəhərinin sabiq meri və İctimai Xidmətlərin Tənzimləmə Komissiyasının sabiq sədri Robert Nazaryan tutulub.

Bu barədə news.am məlumat yayıb.

Bildirilib ki, R. Nazaryan başladılan cinayət işi çərçivəsində tutulub.

Ermənistan Xüsusi İstintaq Xidməti sabiq merin saxlanıldığını təsdiqləyib.

Ermənistan KİV-in məlumatına görə, R. Nazaryandan tutulmazdan əvvəl sabiq prezident Serj Sarkisyanın əleyhinə ifadə vermək tələb olunub. R. Nazaryan isə bundan imtina edib.

Qeyd edək ki, R. Nazaryan 2003-cü ildən 2018-ci ilə qədər İctimai Xidmətlərin Tənzimləmə Komissiyasının sədri vəzifəsində çalışıb. Buna qədər isə iki il paytaxtın meri olub/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR