Rəsmi Ankaradan Misirlə Yunanıstan arasında bağlanan sazişə etiraz: "Bizim üçün etibarsızdır"

img

06-08-2020 [20:47]


Türkiyə dəniz sərhədlərinin demarkasiyası və istisna iqtisadi zonanın yaradılması ilə bağlı Misir və Yunanıstan arasında imzalanan sazişi tanımır.

Bu barədə Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Yunanıstan və Misir arasında dəniz sərhədi yoxdur. Bu gün dəniz sərhədlərinin demarkasiyası haqqında imzalanan qondarma saziş bizim üçün etibarsızdır. Razılaşmada nəzərdə tutulan ərazi, BMT-yə də məlumat verildiyi kimi, Türkiyənin qitə şelfində yerləşir”, - deyə Türkiyə XİN-in yaydığı sənəddə bildirilir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA