“Azərxalça”nın Abşeron filialında işçilərin 5 aydır maaşları verilmir - Şikayət + VİDEO
06-08-2020 [14:41]
“Mən “Azərxalça”nın Abşeron filialında çalışıram. Kollektivimiz 80 nəfərdir. Bizim işçilərdən ibarət qrupumuz var, hər kəs müəssisənin fəliyyətindən narazıdır. Çünki fevral ayından etibarən maaşlarımızı vermirlər”.
Bu sözləri “Azərxalça” ASC-nin Abşeron filialının işçisi Ruhiyyə Çələbiyeva Yenisabah.az-a müraciətində deyib.
O qeyd edib ki, problemlə əlaqədar bir dəfə sexin həyətində toplaşıb etirazlarını bildiriblər, lakin nəticə olmayıb:
“Fevral ayından sonra 2 dəfə bizə 100 manat pul verdilər. Hətta bəziləri 46 manat aldı, ümumiyyətlə, məbləğlər fərqli idi. Ən yüksək alan elə 4-5 nəfər olduq. Biri guya mart ayının maaşıdır, digəri isə evdə qaldığınızı görə verilib. Hər həftə maaş kartını yoxlayırıq ki, bəlkə maaşımızı köçürmüş olarlar. Bildirim ki, müqavilə işləyirik və müqavilədə maaş 250 manat yazılıb. Biz mart ayından etibarən evdəyik. İşçilərin hamısı çətin vəziyyətdə yaşayırlar, imkan yoxdur. Maaş kartınıza görə çox ehtiyacımız olduğu halda, nə 190 manat, nə də digər yardımlardan ala bildik. Amma aylardır maaş üzü görmürük. Müdiriyyət bizi düşünmür. Çox pis vəziyyətdəyik. Ehtiyac üzündən işləyirik, elə xanımlar var ki, ailədə gəlir gətirən yoxdur, yoldaşı rəhmətə getdib və övladına baxmaq üçün işləyir, hətta mən ürəyim xəstə ola-ola işləyirəm. Vəziyyəti nəzərə almalıdırlar. Dövlət bütün sahibkarlara pul ayırır ki, işçilər pis vəziyyətdə qalmasın, bizim maaşımızı yeməsinlər”.
Məsələyə münasibət bildirən “Azərxalça”ASC-nin mətbuat katibi Tural Səfərov əməkhaqqı ilə bağlı problemin yarandığını təsdiqləyib:
“Fevral ayının əməkhaqqını almayıblar, lakin mart ayında iş günü az olduğu üçün onlara həmin müddətin maaşı verilib. Daha sonra isə məlumdur ki, karantin olub. Xalçaçılar işəmuzd əməkhaqqı alırlar. Yəni nə qədər xalça toxuyurlarsa, onun qarşılığı verilir, dövlət əlavə pul verə bilməz. Bir kvadrat metr xalçanın toxunması üçün müəyyənləşdirilən əməkhaqqı 250 manatdır. Ondan az xalça toxunsa, maaş 250 manatdan az olacaq. Yox, əgər işçi 2 kvadrat metr toxusa, 500 manat maaş alacaq. Ümumiyyətlə, əgər toxucu 1 kvadrat metrdən az xalça toxuyursa, heç onu işdə saxlamalı deyilik, çünki məhsuldar deyil. Sadəcə olaraq gənc olmalarını, işə yeni başlamalarını nəzərə alaraq müəyyən vaxt tanıyırıq ki, zamanla öyrənsinlər.
Əməkhaqqının az verilməsi məsələsinə gəldikdə isə Tural Səfərov bildirib ki, mart ayında iş günlərinin sayı az olub,ona görə də 70-80 manat maaş ödənilib:
“Pandemiya ilə əlaqədar dünya bazarındakı vəziyyət bəllidir, giriş çıxışlar məhdudlaşdırılıb. Məhsul çıxarıb satmaq qeyri-mümkündür, bu səbəblə də maliyyə problemi yaranıb. Həmçinin emal mərkəzi olmalıdır ki, xalçalar yuyulub satılsın. Sözügedən mərkəzin yaradılması bu il üçün nəzərdə tutulmuşdu, lakin o da axsayıb. Bundan əlavə bizim Sumqayıtda yunəyirici boyaq fabrikimiz var. Onun mart ayında istifadəyə verilməsi nəzərdə tutulur ki, xammal oradan çıxsın. Hazırda biz xammalı xaricdən alırıq. Pandemiyaya görə onu da ala bilmirik. Müəssisələrin işləməmə səbəbi həm də xammalın olmamasıdır. Bundan əlavə, bizim fabriklərdə 70-80 nəfər bir yerdə çalışır. Toxucuların çalışdığı yerdə aralarında 30-35 santimetr məsafə var. Karantin tələbinə görə isə məsafə 2 metr olmalıdır. Bu isə işsizlik üçün bir digər səbəbdir”.
Həmsöhbətimiz vurğulayıb ki, maliyyə problemi ilə əlaqədar hökumətə müraciət olunub:
“Köməklik göstərilməsi xahiş edilib. Bu məsələyə Maliyyə və İqtisadiyyat nazirliklərində baxılıb. Artıq son mərhələdir. Yaxın günlərdə bizə vəsait ayıracaqlar. Bu vəsaitə əsasən də fevral ayı üçün tam əməkhaqqı, digər aylara görə isə minimum əməkhaqqının 2/3 hissəsi işçilərə ödəniləcək. Boş dayanma yarandığına görə, müəssisə belə edəcək. Əməkhaqqının 2/3-si isə dövlətin verdiyi 190 manatdan az deyil, təxminən o civarda olacaq. Bunların hamısı 7-10 gün ərzində mümkün olacaq. Biz işçilərin sex rəislərinə, filial direktorlarına lazımi məlumatı vermişik. İşçilərin bu haqda məlumatlarının olmaması qəribədir. Hətta bəzi işçilərə özüm vəziyyəti izah etmişəm. Hər gün toxucularla danışıram. Hazırkı vəziyyət belədir və bundan dövlətin də xəbəri var. “Azərxalça” təsərrüfat çaplı müəssisədir, yəni özü toxuyub satmalı və elə gəlir əldə etməlidir”.
Sayad HƏSƏNLİ
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri istefa verib
"Qarabağ" - "Ferentsvaroş" oyununa 30 minə yaxın bilet satılıb
Röya Ayxanın şikayət etdi, "lent.az”ın instagram səhifəsi bloklandı - Mətbuat Şurası hansı addımı atmağa hazırlaşır?
Politoloq niyə “xarici agent”lər siyahısına salındı? - İddia
Azərbaycanlı tələbə Türkiyədə saxlanılıb - Deport olunacaq
İradə Muradova Yasamalda öldürülüb (Yenilənib)
Günel Gözəlova yeni vəzifəyə təyin olundu
Məşhur kriminal Azərbaycandan ölkəsinə göndərildi
Füzulidə yanğın törədən şəxs saxlanılıb
Azərbaycan nefti bahalaşıb
“qemgin_20” adlı səhifənin sahibi saxlanıldı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zelenski: "Rusiya Putinlə görüşün qarşısını almaq üçün hər şeyi edir" - "ABŞ-dan güclü siqnal alırıq"
Tramp: "Bu məsələ bir az neft və sirkəyə bənzəyir"
Ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb
Ağdarədə dağlıq ərazidəki yanğın söndürülüb - VİDEO
PA-nın vəzifəli şəxslərinin qəbul günləri açıqlandı - CƏDVƏL
Türkiyədə daha bir zəlzələ oldu - 4.3 bal gücündə
ƏLİYEV, BERDİMƏHƏMMƏDOV və MİRZİYOYEV BİR ARAYA GƏLDİ: yeni sənədlər imzalandı - Türkmənistanda + FOTOLAR (Yenilənib)
Qəzzada ölənlərin sayı 62263 nəfərə yüksəldi
Əli Əsədov Vanq Lijun ilə görüşüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Kolleclərə qeydiyyat tarixi uzadılıb
“Risalət Travel”in yaradıcı Rasim Şahbazov qandallandı
Əliyev "Bölgədə yeni, əməkdaşlıq formatı yaradılır" dedi, Özbəkistan lideri yeni təkliflər verdi: Xəzər və Zəngəzurda...
Türkiyədə reper güllələndi - Konsertdə+ VİDEO
QARABAĞA SƏFƏR: daha bir icazə imkanı yaradıldı
Polis əməliyyatı: saxlanılanlar var
Deputat: "Kimlərsə mənim adımdan provokativ məlumatlar yayır" - Məlahət İbrahimqızı "pensiya xəbəri"ni təkzib etdi
QARABAĞA KÖÇ: daha bir kəndə 252 nəfər köçürüldü
BMT Qəzzada tam aclıq vəziyyəti elan edib: "Bu, dünya üçün utancdır"
“Hər şeyimizə həbs qoyublar" - Şərurlu İsfəndiyar kimə minnət qoyur?
Vəzifəli şəxsə 8 günlük həbs cəzası verildi
İran hava məkanının bir hissəsini qapatdı
"Lids Yunayted" Noa Okaforla müqavilə imzaladı
"Gençlerbirliği" malili hücumçunu icarəyə götürüb
Abşeronda boya zavodunda yanğın... - Açıqlamalar (Yenilənib)
Yeni rəis gəldi, xidmət rəisinin müavini yola salındı - Dəyişiklik
Avropa İttifaqı Nümayəndəliyi Azərbaycandakı səfirlə vidalaşıb
Taylan Antalyalı "Rizespor"a transfer olub
Sabah hava necə olacaq? - Proqnoz
PUTİN MEHRİBAN ƏLİYEVAYA TƏBRİK MƏKTUBU GÖNDƏRİB - MƏTN