Fikrət Məmmədovdan sərt qərar, nazir korrupsiyaya şərait yaradan hakimi işdən qovdu

img

28-10-2013 [14:59]


Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Şuradan verilən məlumata görə, iclasda çıxış edən Şuranın sədri, Ədliyyə Naziri Fikrət Məmmədov çıxış edib.

Şurada son illər həyata keçirilən mütərəqqi məhkəmə islahatının ədalət mühakiməsinin səmərəliliyinə əsaslı təsir göstərməsi, bir çox nöqsan və neqativ halların qarşısının qətiyyətlə alınması bildirilib, hakimlərin fəaliyyəti prinsipial qiymətləndirilməklə, kobud qanun pozuntularına, habelə korrupsiyaya şərait yaradan hallara, hakim etikasının pozulmasına görə təkcə son üç ildə 30 hakimin məhkəmə sistemindən kənarlaşdırılması vurğulanıb.

Həmçinin, iclasda Məhkəmə-Hüquq Şurasının 04.09.2013-cü il tarixli qərarı ilə Bakı Ağır cinayətlər məhkəməsinin hakimi Həsən Əliyev barədə başlanılmış intizam icraatına baxılmış, kobud qanun pozuntularına, korrupsiyaya şərait yaradan hallara, etik davranış kodeksinin tələblərini pozmaqla, ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə onun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA