Almaniyada COVID-19-a yoluxanların sayı 209,9 minə çatır

img

02-08-2020 [10:00]


Son sutka ərzində Almaniyada koronavirusa 240 yoluxma qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin strukturuna daxil olan və koronavirusla bağlı hesablamalar aparan Robert Kox İnstitutu məlumat yayıb.

Məlumata görə, bununla da COVID-19 infeksiyasına yoluxanların sayı 209 893 nəfərə çatıb.

Qeyd edilir ki, ölkədə təhlükəli infeksiyadan ölənlərin sayı 9 141 nəfərdir. Bununla yanaşı, virusa yoluxmuş təxminən 193 min insan sağalıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR