Gürcüstanda COVID-19-a yoluxanların sayı 1 177-yə çatdı

img

02-08-2020 [10:28]


Gürcüstanda son sutkada  koronavirusa 6 yeni yoluxma halı təsdiqlənib, daha 8 nəfər sağalıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 177, sağalanların sayı isə 955 nəfərə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 17, aktiv koronavirus xəstələrinin sayı isə 205 nəfər təşkil edir.

Hazırda Gürcüstan üzrə karantində 6 969, stasionar nəzarətdə isə 285 nəfər saxlanılır./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA