Hakim Xaçmazda hökm verdi, qadın özünə od vurdu

img

25-10-2013 [11:14]



Xaçmaz rayonunda 52 yaşlı qadın intihara cəhd edib. Məlumata görə, 1961-ci təvəllüdlü Xaçmaz şəhər sakini Nazilə Nurəddin qızı Qabulova özünü yandırıb.

O, müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona bədənin müxtəlif 2-3-cü dərəcəli yanıq diaqnozu qoyulub. İlkin tibbi yardımdan sonra N.Qabulova müalicə üçün paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

Qeyd edək ki, N.Qabulovanın özünü yandırmasının səbəbi oğlunun Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə 3-cü dəfə 4,8 il müddətinə azadlıqdan məhrum edilməsi olub. Qərara etiraz edən qadın özünü yandırıb(apa). 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA