Bakıda biznesmen qadın mənzilində qətl edildi

img

25-10-2013 [11:09]



Bakının Nəsimi rayonunda qadına qarşı amansız cinayət törədilib. Belə ki, dünən saat 19 radələrində naməlum şəxslər 48 yaşlı Nigar Sadıqovanı küt alətlə öldürüblər. Onun üzərində olan 26000 manat və 5100 dollar pulunu götürüb hadisə yerindən qaçıblar. 

Mia.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə Nəsimi Rayon Prokurorluğundan açıqlama verilib. Məlumata görə, cinayət Nigar Sadıqovanın mənzilində baş verib. O, evdə tək olan zaman evə girən şəxslər ağır cinayəti törədiblər. Mərhumun həyat yoldaşının dediyinə görə, evdən külli miqdarda pul aparılıb. Bizneslə məşğul olan qadının kim tərəfindən öldürülməsi də hələlik məlum deyil. 

İstintaq qətlin N.Sadıqovanı tanıyan şəxs tərəfindən törədildiyini ehtimal edir. Çünki cinayətkarlar mənzilə pəncərədən və ya qapını sındırmaqla daxil olmayıblar. Qapını N.Sadıqovanın özü açdığından istintaq da məhz cinayətkarı mərhum xanımın əlaqəli olduğu şəxslər arasında axtarır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA