Orxan Zeynalovun apellyasiya şikayəti təmin edilmədi

img

24-10-2013 [15:28]


Moskva şəhər məhkəməsi Orxan Zeynalovun apellyasiya şikayətini təmin etməyib. Moskva şəhər məhkəməsi bu gün Yeqor Şerbakovun qətlində ittiham edilən Orxan Zeynalovun həbsini təsdiqləyib. Presnenski məhkəməsinin Azərbaycan vətəndaşı ilə bağlı verdiyi qətnaməyə dəyişiklik edilməyib. 

Rusiya Federasiyasının məcəlləsinin müvafiq maddəsi ilə ittiham olunan Orxan Zeynalovu ömürlük həbs cəzası gözləyir. 

Xatırladaq ki, Moskvanın Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Y.Şerbakovun qətlində şübhəli bilinən Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli törətdiyini etiraf etsə də, məhkəmədə bu ifadəni təzyiq altında verdiyini deyib və ittihamları rədd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA