Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
13-07-2020 [00:04]
Qoç - günün ilk yarısı xoş emosiyalar vəd edir. Yeni işgüzar layihəyə başlamaq niyyətiniz varsa, tərəfdaş və şəriklərin sayını artırın. Faydalı əlaqələri intensivləşdirin. Yeni tanışlardan birinin məsləhətindən yararlanın.
Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Büdcənizə uyğun davranın. Faydalı və qeyri-adi nəsnəyə yiyələnə bilərsiniz. Yaşam təcrübənizi, biliklərinizi artırın.
Axşam saatlarını ailə üzvlərinə həsr edin.
Buğa - ciddi iş planlaşdırmayın: bu gün işdəki vəzifələrinizi unudub yeni təəssürat dalınca düşməyə meyllisiniz. Məntiqlə sağlam düşüncə sizin hətta ötəri həvəslərinizə davam gətirmir. Ciddi xərclər mümkündür.
Vədlərinizi unudaraq sizə güvənən insanı pis vəziyyətdə qoya bilərsiniz. Bu səbəbdən ətrafdakılarla münasibətlərdə ciddi problemlər yarana bilər, mübahisə və münaqişələr mümkündür. Axşama doğru səhhətiniz pisləşə bilər. Yuxusuzluqdan əziyyət çəkə bilərsiniz.
Əkizlər - yeni gün uğur vəd edir. Kommersiya və biznes işlərində ciddi irəliləyiş istəyirsinizsə, hər deyilənə qulaq asmayın. Sərvaxt, huşyar olun. Faydalı əlaqələrin sayını artırın. Yeni dostlar işlərinizdə yardımçı ola bilər.
Günün ikinci yarısında proseslərin fəal iştirakçısı olmayın. Donuq müşahidəçiyə dönməyin. Zahiri görünüşünüzə fikir verin. Maraqlandığınız şəxsin dediklərinə qulaq asın.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Xərçəng - tapşırıqları və sifarişləri vaxtında yerinə yetirin. Kollektiv fəaliyyətdə mümkün qədər irəliləməyə can atın. Bilik və bacarıqlarınızı nümayiş etdirin.
Günün ikinci yarısında yeni tanışlıq istisna deyil. Əlaqələrlə təmaslardan bəhrələnin. Dostlarınızla həmfikirlərin məsləhətlərini qulaqardına vurmayın. Sayıq, ehtiyatlı olun.
Çətinliyə düşmüş tanışa yardıma tələsin.
Şir - cazibədarlığınız sayəsində çox şeyə nail olursunuz. Ətrafınızdakılar sizinlə işləməyə həvəslənir, bunu gizlətmirlər də. Siz isə kimi seçəcəyinizə qərar vermirsiniz. Həm işgüzar, həm də şəxsi məsələləri həll etmək olar. Çox zaman idarə olunduğunuzu anlamasanız da, düzgün qərarlar verir və düzgün davranırsınız.
Ancaq problemlər də var. Bunlar, əsasən, sizin müəyyən həzzlərə can atmağınız sayəsində yaranır, həvəsiniz güclü və təhlükəli ola bilər.
Qız - günün ilk yarısı yorucu, usandırıcı təsir bağışlaya bilər. Buna rəğmən, situasiyadan məhsuldar şəkildə yararlanın. İmkanlarınızın və potensialınızın reallaşması üçün əlverişli şəraitdir.
Günün ikinci yarısında böyük layihəyə başlamaq olar. Məqsədə doğru hərəkətdə orijinal taktikadan istifadə edin. Peşəkar fəaliyyət müstəvisində istənilən innovasiya xeyirlidir.
Axşam saatlarında normal istirahət edin.
Tərəzi - fantaziyanıza güc versəniz, dolğun, maraqlı və parlaq gün olacaq. Yaradıcı potensialınız yüksəkdir. Demək ki, nə özünüz, nə ətrafınızdakılar darıxmağa imkan tapmayacaqlar. Üstəlik, dostlarınız gözlənilmədən sizə baş çəkə bilərlər. Darıxdığınız insanlarla görüşə bilərsiniz. Ola bilsin ki, bir vaxtlar ürəyinizə hakim kəsilmiş insan da özü barədə xatırlatsın.
Vacib məlumat alırsınız, faktların üstü açılır, bunlara nəzərən düzgün nəticələrə gələcəksiniz. Xoşunuza gəlməyən şeylərdən qaçmayın - bütün sahələrdə reallığın üzünə baxmaq vacib və faydalıdır.
Əqrəb - əvvəlki günlərdən fərqli olaraq daha asudə və sərbəst davrana bilərsiniz. Əhvalınız pis olmayacaq. Problemləri nikbinliklə həll edin. Yaşam və ya fəaliyyət şəraitini dəyişmək olar.
Günün ikinci yarısında risk edin, amma avantüralara qatılmayın. Qərarınızı reallaşdırmağa başlayanda bütün şərtləri nəzərə alın.
Günün ikinci yarısı qəfil, romantik tanışlıq vəd edir. Köhnə dostlardan biri ilə görüşəcəksiniz.
Oxatan - cari problemləri unutmayın, onların həllini təxirə salmayın. Maliyyə məsələlərində və şəxsi münasibətlərdə yarımçıqlıq sindromuna qapılmayın. Vaxtınızı xoş keçirmək istəyiniz fəaliyyətinizə mane olmamalıdır.
Günün ikinci yarısında bilik və bacarıqlarınızdan maksimum istifadə edin. Epatajlı davranış modelini seçməyin. Parlaq imiciniz yeni faydalı əlaqələr yaratmağa imkan verəcək.
Axşam saatlarında dost yardımı və ya məsləhət birmənalı olmayan situasiyanın çözülməsində dadınıza çatacaq.
Oğlaq - danışıqlar vasitəsilə istənilən problemi həll etmək olar. Çalışdığınız kollektivdə effektiv əməkdaşlıq mühitinin yaranmasında iştirak edin. Aldığınız məlumatları yoxlayın. Hər sözə inanmayın.
Günün ikinci yarısında sizi narahat edən suallara cavablar tapa biləcəksiniz. Gərəkli çevrələrdə lazımi əlaqələri bərpa edin. Vədləri unutmayın, onları yerinə yetirin.
Axşam saatları harmonik söhbət və xoş anlar bəxş edəcək.
Dolça - günün ilk yarısı yaxşı başlayacaq. Nikbin olun, kiçik problemlərə və maneələrə izafi fikir verməyin. Diqqətinizi əsas məsələlərə yönəldin.
Günün ikinci yarısı yarımçıq işləri başa vurmaq üçün əlverişlidir. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə sözlərinizə fikir verin. Hisslərinizi aşkar söyləməyin.
Təmkinli davranın.
Axşam saatlarında yeni tanışlıq, münasibətlərin aktivləşməsi istisna deyil.
Balıqlar - ağır zəhmətə, intensiv fəaliyyətə hazır olun. Məişət qayğıları və problemlərin sayının artması əhavalınızın pozulmasına, səhhətinizdə fəsadlar yaranmasına səbəb olmasın.
Ani hissələrə qapılaraq süstlük etməyin.
Günün ikinci yarısında nikbin davranın, yaxın ətrafınızdakı insanların dediklərinə qulaq asın. Önəmli görüş, işgüzar müzakirə, yeni layihənin başlanması üçün əlverişli zamandır.
Axşam saatlarında evə qonaq gələ bilər. Vaxtınızı şən və maraqlı keçirin.
Milli.Az
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbıri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Şəmsi Səmədzadə axtarışa verildi
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?
Azərbaycan kuboku: bu gün 1/4 final mərhələsinə start veriləcək
Mərkəzi Bank uçot dərəcəsini azaldıb, bəs illik inflyasiya? - QƏRAR