Gəncə İcra Hakimiyyətinin 32 milyonluq şübhəli tenderi: qalib şirkətlər kimindir?

img

10-07-2020 [10:58]


Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi abadlıq-quruculuq işlərininin aparılması (1), eləcə də xüsusi geyim formasının satın alınması (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Mia.az-ın məlumatına görə, "Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Ərdagı” və "LK Machinery" MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 3,175 milyon manat və 28,476 milyon manat, ümumilikdə isə 31,651 milyon manat ödəniləcək.

Xatırladaq ki, Mia.az bu tender və onun qalibi olan şirkətlərlə bağlı müvafiq araşdırmalar aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR