Saxta tibbi arayış verən həkimlərə cinayət işi açıldı
09-07-2020 [16:22]
Koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması və digər neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən ardıcıl və kəsərli mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, Yevlax rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postlardan keçmələri üçün rayon sakinlərinə saxta tibbi göndəriş vərəqələrinin verilməsi ilə bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb:.
"Araşdırma zamanı Yevlax rayon mərkəzi xəstəxanasının vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq mənafeyinə qəsdən zidd olaraq qulluq səlahiyyətlərindən istifadə etməklə Yevlax rayonunun ayrı-ayrı sakinlərinə xüsusi karantin rejimi ilə əlaqədar quraşdırılmış postlarda təqdim etmək üçün saxta tibbi göndəriş vərəqələri verməklə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran hərəkətlərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi, o cümlədən cinayətin törədilməsində bu və ya digər formada iştirak etmiş şəxslərin aşkar edilməsi istiqamətində zəruri və intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikası Baş Prokurorluğu vətəndaşlara müraciət edərək xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına, o cümlədən hər hansı qanunsuz fəaliyyətlə məşğul olmamağa çağırır".
Problemləri ilə baş-başa qalan Salyan: "Baxan yoxdur" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DÇ-2026: PÜŞK ATILDI, RƏQİBLƏR BƏLLİ OLDU
"Xəyalların rəngi" kitabının təqdimatı keçirilib - FOTOLAR
BP "Bakı-Supsa" və BTC-də operatorluğunu təhvil verir - Şirkət yayılan xəbəri təsdiqlədi
Qanunsuz tikilmiş obyektlər: necə sənədləşdirilməli? - Əmlak Komitəsi açıqlama yaydı
"Qalatasaray" - "Samsunspor" matçı: heyətlər bəlli oldu
UEFA "Fənərbağça"nın futbolçusunu cəzalandırıb
16 həkim barədə şok iddia yayıldı - Səhiyyə Nazirliyinin üç sabiq əməkdaşı istintaq altında...
Bakıda "Yelobank"ı da olan Vahid Ələkbərovla Adnan Əhmədzadənin gizli əlaqəsi varmış...
Bakıda kafedə partlayış: 3 nəfər xəsarət alıb - VİDEO
İndi şans paketi al və Bakcell-dən avtomobil qazan!
Əkin sahələrində tikinti: necə aparılacaq? - Fərman + DETALLAR
Messidən DÇ-2026 ilə bağlı açıqlama: "Yenə qazanmaq istəyirəm"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Türkiyə kuboku: püşk atıldı - Qarşılaşmalar
Prezident daha bir sərəncam imzaladı, mərkəzə tapşırıq verildi
"Temu 1106" vətəndaşlara saxta iş təklifi göndərir - Xəbərdarlıq
Salyanda məktəbdə zəhərlənmə olub (YENİLƏNİB)
Məhkəmə Əli Kərimlinin şikayətinə "yox" dedi
DİN və AQTA-dan birgə əməliyyat: yararsız at əti aşkarlanıb
Elçin Əmirbəyov İsveçrədə növbəti görüş keçirib - Açıqlama
Beynəlxalq Bank sədrinin birinci müavini niyə vəzifədən getdi?
Putin Hindistanda: "Sizə fasiləsiz enerji ötürməyə hazırıq"
Saytlarda yaranan problemlərlə bağlı rəsmi - Açıqlama
"Qaçqınkom": "Müvafiq hüquqi addımlar atılacaq”
Deputatlar toplanır: daha hansı qanunlar dəyişir? - SİYAHI
Nizami rayonunda küçələr su altında: qurumlar isə yoxa çıxıb
SOCAR Dəməşq Hava Limanını yanacaqla təchiz edəcək
Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib (Yenilənib)
Suriyada yenidən döyüş başlayıb - Kürd silahlılarının snayperçiləri dronlarla zərərsizləşdirilir
İki ölkə Rusiyaya qarşı birləşdi: dənizaltı gəmiləri vurmaq, sualtı fiber kabelləri qorumaq... - "Bu, tarixi anlaşmadır"
Bloger ağır qəzaya düşdü, başı bədənindən ayrıldı - FOTO
Sabah yağış yağacaq
İTV rəhbəri Federasiya prezidenti seçildi
Cəbrayılda növbəti köç olub
Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunacaq - Aidə Hüseyn kimdir?
Müdafiə Nazirliyində əməliyyat: Arxiv rəisi həbs olundu