Ər iki uşaqlı arvadını bıçaqlayaraq qətlə yetirdi

img

22-10-2013 [11:23]


Bakının Binəqədi rayonunda 36 yaşlı Nəsib Hüseynov anasının gözləri qarşısında bıçağı 27 yaşlı həyat yoldaşı Aygünün ürəyinə sancıb. Şuşa şəhərindən məcburi köçkün kimi Novxanı qəsəbəsində yerləşən "Şəfəq” pansionatında məskunlaşan N.Hüseynovun həyat yoldaşı ilə mübahisəsi yaranıb.

Binəqədi Rayon Polis İdarəsindən milli.az-a bildirildi ki, əsəbi halda olan ər əvvəlcə Aygünü döyüb. Bu zaman Nəsibin anası onları sakitləşdirməyə çalışsa da, istəyi baş tutmayıb. Nəsib bıçaqla Aygünün ürəyinə bir zərbə vurub. Həmin zərbə iki azyaşlı uşaq anası olan Aygünün həyatını yarıda kəsib.

Yaşadığı pansionatın yaxınlığındakı mağazada işləyən Aygün ailə-məişət münaqişəsinin qurbanı olub. Polis artıq N.Hüseynovun qollarına qandal vurub. İstintaq iki uşaq anasının qətlinin səbəbini araşdırır.

10:12:00
Bu gecə Bakının Binəqədi rayonunda qətl baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Novxanı qəsəbəsi "Şəfəq" panseonatında məskunlaşan ailənin başçısı arvadını öldürüb.

Belə ki, Şuşadan məcburi köçkün olan 1977-ci il təvəllüdlü Nəsib Qurban oğlu Hüseynov arvadı 1986-cı il təvəllüdlü Aygün Mənsuz qızı Hüseynovanı qətlə yetirib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb, arşadırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA