“AccessBank”-a qanun pozuntuları ilə bağlı cinayət işi açıldı

img

21-10-2013 [23:52]


"AccessBank” Qapalı Səhmdar Cəmiyyətində yol verilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən mia-ya daxil olan xəbərə görə, cəmiyyətin "20 yanvar” filialında kredit mütəxəssisi vəzifəsində işləyən Kamal Fərəcovun, tanışları Vüqar Rəhimov və başqaları ilə qabaqcadan əlbir olub özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2009-2010-cu illərdə ümumilikdə 59 şəxsin adına cəmi 108.0 min manat məbləğində pul vəsaitini kredit şəklində götürərək ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb.

K.Fərəcov və V.Rəhimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA