FHN vergi borcu olan şirkətlə 3.8 milyonluq müqavilə bağlayıb - Tender

img

07-07-2020 [11:12]


Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-təchizat İdarəsi yumşaq inventarların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Şahdağ Təchizat" MMC-dir.

Qalib şirkətə 3,8 milyon manat ödəniləcək.

Xatırladaq ki, "Şahdağ Təchizat" 2017-ci ildə cəmi 10 manat nizamnamə kapitalı ilə yaradılıb. Bu günə şirkətin 6 119 manat vergi borcu var. 


Digər xəbərlər
SON XƏBƏRLƏR