Pərviz Şahbazovla Böyük Britaniyanın İxracat naziri arasında video-konfrans keçirilib - Müzakirə + FOTO
06-07-2020 [17:26]
Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri, Energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Dövlət Katibinin Parlament nümayəndəsi, İxracat naziri Qreham Styuartın iştirakı ilə video-konfrans keçirilib.
Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, görüşdə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti və ikitərəfli enerji əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “COVID-19”-la mübarizədə ölkəmizdə həyata keçirilən tədbirlər, Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə edilməsi, həmçinin pandemiyadan əziyyət çəkən ümumilikdə 30 ölkəyə dəstək göstərilməsindən bəhs edilib.
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsü diqqətə çatdırılıb.
Pandemiyanın qlobal iqtisadiyyata və enerji sektoruna, xüsusilə də neftin qiymətinə təsirlərindən danışan Q. Styuart Azərbaycanla Böyük Britaniya arasında bərpa olunan enerji, enerji səmərəliyi sahələrində əməkdaşlıq imkanları ilə maraqlanıb. Neft bazarının sabitləşdirilməsi istiqamətində “OPEC+” formatında görülən tədbirlərin əhəmiyyətini vurğulayan nazir Pərviz Şahbazov bildirib ki, tarixdə ilk dəfə olaraq neft istehsalının böyük həcmlərdə azaldılması ilə bağlı qərar hazırda icra edilir: “Nəticədə neftin qiyməti iki dəfə yüksəlib və bazarın balanslaşdırılması ilə bağlı fəaliyyətimizi davam etdiririk. Bazarda sabitlik yalnız neft istehsalçıları və şirkətlərinin deyil, həm də istehlakçıların maraqlarına cavab verir. Azərbaycanın öhdəlikləri BP və SOCAR ilə yüksək əməkdaşlıq çərçivəsində yerinə yetirilir”.
Energetika naziri bərpa olunan enerji sahəsində görülən işləri, həyata keçirilən pilot layihələr və planlaşdırılan hərraclar, eləcə də qanunvericilik bazasının yaradılması ilə bağlı yenilikləri diqqətə çatdırıb. Həmçinin, nazir ölkəmizdə kiçik su elektrik stansiyalarının fəaliyyətinin yaxşılaşdırılması və çayların hidroenerji potensialından səmərəli istifadə edilməsi ilə bağlı BP-nin dəstəyini yüksək qiymətləndirib.
Video-konfransda Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının tarixi və iki ölkə arasında imzalanması planlaşdırılan əməkdaşlıq sənədləri də nəzərdən keçirilib.
Sabah hava necə olacaq? - Proqnoz
Perunun müvəqqəti prezidenti vəzifədən kənarlaşdırılıb - Çinə görə
Bəstəkarlar İttifaqının sədri: “3600 manat təqaüd alır, 5 manatı gətirib vaxtında vermir” - VDEO
Azərbaycan nefti 1.4 dollar ucuzlaşdı
Tahir Budaqov rektorlarla görüşdü - FOTO
Agentliyin əməkdaşı minaya düşdü - Xocalıda
İlham Əliyev Qambiya prezidentinə məktub göndərdi - MƏTN
ZAUR ƏLİYEV GEDİR, NAZİR MÜAVİNİ YERİNƏ GƏLİR: bir müddət sonra isə... - Səhiyyədə böyük dəyişiklik planı
Sabahdan Ramazan ayı başlayır
Daha 17 itkin-şəhidi dəfn olunacaq - FOTOLAR
DYP sürücülərə texniki baxışla bağlı - XƏBƏRDARLIQ
Plastik cərrahların sayı artırıldı - SİYAHI
ABŞ blokadaya aldı, Kubada həyat iflic oldu: yanacaq, qida və turizm böhranı dərinləşir
Rusiyada nazir və köməkçisi həbs olunub - Korrupsiya ittihamı ilə
WUF13: vahid əməliyyat koordinasiya mexanizmi işə salınacaq
"Yuventus"un baş məşqçisi: "Bu qolların qisasını almaq istəyirik"
Türkiyədə kriminal dəstələrə qarşı əməliyyat: 37 nəfər saxlanılıb
TƏBİB-də yoxlama başlayır? - Vüqar Qurbanovun həbs təhlükəsi yaranıb, xeyli kadr isə yol üstədir
TƏBİB "silkələnir" - Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru da gedir?
Qəbul imtahanları: qeydiyyat prosesi başlayıb
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı