Banklarda dollara tələb artıb

img

02-07-2020 [12:53]


Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Bankdan Mia.az-a verilən xəbərə görə, hərracda tələb 53,1 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (30 iyun 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 4,5% və ya 2,3 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR